Əmək funksiyası
Nömrələrin rezervasiyası, qiymət təklifləri və otel barədə sualları telefon, faks və ya e-poçt vasitəsi ilə tez və peşəkarcasına cavablandırmaq.
Rezervasiya interfeyslərini MRS (Mərkəzi Rezervasiya Sistemi) və MMS (Mülkiyyət Menecmenti Sistemi) arasında nəzarətdən keçirmək və yeniləmək.
Rezervasiya ilə bağlı nömrələrin təsdiq edilməsinin tez və dəqiq qeydiyyatını təmin etmək.
Otaqlardan gələn gəliri artırmaq məqsədilə Gözləmə siyashısında olan Rezervasiyalara nəzarət etmək və yenidən baxış keçirtmək.
Xüsusi endirimli təkliflərin yoxlanması, izlənməsi və müxtəlif adiyyatı əməliyyat departamentləri ilə bölüşülməsi.
Sənədlərin və təsdiqləmə məktublarının gündəlik şəkildə qeydiyyatını aparmaq:.
Həftəlik Rezervasiya şöbəsinin iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə birbaşa rəhbərə dərhal məlumat vermək;
Xarici görünüşünə (geyim qaydalarına) qaydalar üzrə nəzərdə tutulmuş tələblərə əməl etmək;
Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara riayət etmək;
Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
Şöbənin digər əməkdaşlarının işinə köməklik etmək;
Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
Tələblər:
Rezervasiya və ya otelin digər müvafiq sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır.
Microsoft Windows və müvafiq kompüter proqramlarından yaxşı istifadə bacarığı.
Yazılı və şifahi ünsiyyət bacarıqlarının yüksək səviyyədə olması.
Güclü təşkilatçılıq və problem həll etmə bacarıqları.
Yüksək məsuliyyətli, etibarlı və detallara diqqətli olmaq.
Qonaqların ehtiyaclarına diqqət yetirərək, hər zaman sakit, nəzakətli və peşəkar davranmaq bacarığı.
Peşəkar telefon etiketi və Azərbaycan, ingilis və rus dillərini əla səviyyədə bilmək.
Komandada işləmə bacarığına malik olmaqla yanaşı, sürətli iş mühitində müstəqil işləyə bilmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 21.10.2026
© Fairmont Baku · jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.