
5
Income Auditor

Anlaşmalı
Income Auditor
Kontrol edildiBugün
Tarih
Görüntülenme5
Numara№5639769
Açıklama
Şöbə: Finance Department
İş yeri: Şamaxı, Azərbaycan
Məşğulluq növü: Tam ştat
İş haqqında məlumat
Meysari Grand Hotel & SPA komandamıza qoşulmaq üçün diqqətli, analitik düşüncə qabiliyyətinə malik və maliyyə əməliyyatlarında dəqiqliyə önəm verən Income Auditor axtarır.
Namizəd otelin gündəlik gəlir əməliyyatlarının yoxlanılması, maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi və daxili nəzarət prosedurlarının həyata keçirilməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri
Otelin bütün gəlir mənbələri üzrə gündəlik əməliyyatların yoxlanılması və düzgünlüyünün təsdiqlənməsi;
Otaq satışları, restoran, SPA və digər xidmət sahələri üzrə gəlirlərin uzlaşdırılması;
PMS və POS sistemlərində qeydə alınan əməliyyatların maliyyə hesabatları ilə müqayisə edilməsi;
Night Audit hesabatlarının yoxlanılması və uyğunsuzluqların araşdırılması;
Nağd və nağdsız ödənişlərin, endirimlərin, ləğvlərin və geri qaytarmaların nəzarətdə saxlanılması;
Gündəlik gəlir hesabatlarının hazırlanması və Maliyyə şöbəsinə təqdim edilməsi;
Mühasibat uçotu və daxili audit prosedurlarına uyğunluğun təmin edilməsi;
Aşkar edilmiş maliyyə uyğunsuzluqlarının araşdırılması və aradan qaldırılması üçün müvafiq şöbələrlə əməkdaşlıq edilməsi
Namizədə tələblər
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Otelçilik sahəsində iş təcrübəsinə üstünlük verilir;
Opera PMS, Micros POS və digər otel idarəetmə sistemləri ilə iş təcrübəsi üstünlükdür;
Güclü analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik;
Müstəqil və komanda şəklində işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Income Auditor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Meysari Grand Hotel & SPA – Build your career with us!
Son müraciət tarixi: 05.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/meyseri-grand-hotel-spa-income-auditor-155640
REKLAM









