Prayk
Kargüzar Təcrübəçi Proqramı — HR, kadr
150 ₼

Kargüzar Təcrübəçi Proqramı

Kontrol edildiBugün
Tarih
Görüntülenme
4
Numara
№4096038

Açıklama

Grinco MMC sənədlərlə işləməyi öyrənmək, real iş mühitində praktiki təcrübə qazanmaq və gələcək karyerasını mühasibatlıq, maliyyə və inzibati idarəetmə istiqamətində qurmaq istəyən namizədləri 2 aylıq Kargüzar Təcrübəçi Proqramına dəvət edir. Proqramın əsas məqsədi namizədlərə şirkətdaxili sənəd dövriyyəsi, ilkin mühasibat sənədləri, arxivləşdirmə və gündəlik ofis prosesləri üzrə praktiki bilik və iş vərdişləri qazandırmaqdır. Təcrübə müddətində nələri öyrənəcəksiniz? Daxil olan və göndərilən sənədlərin qeydiyyatı və sistemləşdirilməsi; Müqavilə, hesab, akt, qaimə və digər korporativ sənədlərlə işləmə qaydaları; Elektron və fiziki sənəd arxivinin düzgün təşkili; Sənədlərin skan edilməsi, adlandırılması və müvafiq qovluqlarda saxlanılması; İlkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması prinsipləri; Mühasibatlıq və maliyyə şöbəsi ilə sənəd mübadiləsi; Excel və digər ofis proqramlarında məlumatların işlənməsi; ERP və şirkətdaxili iş sistemlərinin əsas iş prinsipləri; Rəsmi işgüzar yazışma və sənəd hazırlama qaydaları; Şirkətin gündəlik inzibati və kargüzarlıq prosesləri. Namizədə tələblər Ali və ya orta ixtisas təhsili alan və ya yeni məzun olmuş namizədlər; Gələcəkdə mühasibatlıq, maliyyə, kargüzarlıq və ya inzibati sahədə inkişaf etmək istəyi; Sənədlərlə işləməyə maraq; MS Word və Excel üzrə ilkin biliklər; Diqqətli, məsuliyyətli və öyrənməyə açıq olmaq; Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək bacarığı; Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət; Şəxsi noutbukun olması mütləqdir. Proqramın şərtləri Müddət: 2 ay Rəsmiləşdirmə: Qanunvericiliyə uyğun Aylıq xərclərin qarşılanması: 150 AZN Şəxsi noutbuk: Mütləqdir Proqramı uğurla başa vuran, işə yanaşması və nəticələri müsbət qiymətləndirilən namizədlərə partnyor şirkətlərdə daimi iş təklif ediləcək. İş şəraiti İş yeri: Bakı şəhəri, Xətai rayonu — Nobel Hotel-in yanı İş qrafiki: Bazar ertəsi – Cümə İş saatı: 08:30 – 17:30 Kimlər üçün uyğundur? Bu proqram xüsusilə iş təcrübəsi az olan və ya heç olmayan, lakin öyrənməyə həvəsli və gələcəkdə mühasibatlıq sahəsində karyera qurmaq istəyən namizədlər üçün nəzərdə tutulub. Bizim üçün əsas meyar əvvəlki iş təcrübəsindən daha çox məsuliyyət, dəqiqlik, öyrənmək istəyi və işə ciddi yanaşmadır. Namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Kargüzar Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Uyğun namizədlərlə seçim mərhələsi üçün əlaqə saxlanılacaq Maaş: 150 AZN Son müraciət tarixi: 07.11.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/grinco-karguzar-tecrubeci-proqrami-153238

Benzer ilanlar