
Mühəndis (İmişli)

Anlaşmalı
Mühəndis (İmişli)
Kontrol edildiBugün
Şehirİmişli
Tarih
Görüntülenme1
Numara№4159058
Açıklama
Lokomotiv deposunun inkişaf perspektivlərini, yenidənqurma və texniki təchizatın bütün sahələrində kompleks proqramların həyata keçirilməsinin yollarını müəyyənləşdirmək;Deponun texniki təchizatı səviyyəsinin və səmərəliliyinin artırılması istiqamətində əməli işlər görmək;Yeni texnika və texnologiyanın tətbiqi planlarının, təşkilati və texniki tədbirlər planlarının, tədqiqat və inkişaf işləri planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək;Hərəkətin texniki təhlükəsizliyini təmin etmək üçün profilaktik tədbirlər planı hazırlamaq;Lokomotivlərin təmir texnologiyasına nəzarət etmək;Hərəkət vasitələrinin təmiri departamenti ilə lokomotivlərin aylıq təmir növlərinin qrafikini hazırlamaq, plandankənar daxil olmuş lokomotivlərin texniki səbəblərini araşdırmaq;Səmərələşdirmə, qabaqcıl istehsal təcrübəsinin yayılması sahəsində işləri təşkil etmək və işçilərin yaradıcı təşəbbüskarlığını perspektivli istehsal problemlərinin həllinə, texniki və iqtisadi səviyyəsinin yüksəldilməsinə yönəltmək.
Tələblər:
Təhsil: Ali (Müvafiq sahə üzrə);Komputer bilikləri: MS OfficeƏməyin mühafizəsi, texniki, yanğın və hərəkətin təhlükəsizliyinin aidiyyəti norma və qaydalarını;Azərbaycan dəmir yollarının texniki İstismar qaydaları.
Vakansiya növü: Tam ştat
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: İmişli, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-muhendis-imisli-19065941/apply
Benzer ilanlar















