Yaşadığımız bu dünya necə inkişaf etdi? İmkanlarından hər gün gen-bol istifadə etdiyimiz bu elmi-texniki tərəqqiyə necə nail olduq? Dünyanı dəyişən dahilər, bizi idarə edən liderlər anadan elə dahi kimi, lider kimi doğulurmu? Bəs qəhrəmanlar necə? Məsələ Bernard Şounun dediyi kimidirmi, yəni dünyanın inkişafı doğrudanmı ağılsızlardan asılıdır? Risk və dəlisovluq həmişə uğur gətirirmi? Bəyənmədiyiniz vəziyyətləri, sizə xoşbəxtlik və rahatlıq gətirməyən hər şeyi – iş və ya yaşayış yerinizi, həyat tərzinizi, maşınınızı, yaxud ayağınızı sıxan çəkmənizi asanlıqla dəyişə bilərsiniz, yetər ki, bunu istəyəsiniz, ən əsası isə daha yaxşısını tapmaq üçün başınızı işlədəsiniz. Nə edirsiniz edin, əvvəlcə orijinal bir ideyanız olmalı və “yox” deməyi bacarmalısınız. Bir də məqamı düzgün seçməlisiniz. Vaxtından əvvəl doğulduğu üçün elə o an da “ölən” o qədər gözəl ideyalar olub ki... Ona görə də lazım gələndə tələsməli, ehtiyac olanda ləng davranmalı, hətta tənbəllik etməlisiniz. Onda uğur özü gəlib sizi tapacaq. Amma bunu unutmayın: orijinal ideyaların düşməni həmişə çox olur, onlar əvvəlcə müqavimətlə üzləşir. İnsanlar vərdiş elədiklərindən elə də asanlıqla əl çəkmir. Bu, tarixin gedişatını dəyişən bütün böyük insanların və böyük ideyaların alın yazısıdır. Dünyanı hamı kimi fikirləşənlər yox, özü kimi fikirləşənlər dəyişir. Pis fikirləşin ki, yaxşı olsun...
Müəllif: Adam Qrant
Nəşriyyat: Teas Press
Dil: AZE
Cild: Yumşaq
Səhifə sayı: 368
© libraff.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.