Prayk
Resepşn — HR, kadr
800 ₼

Resepşn

Kontrol edildiBugün
Tarih
Görüntülenme
2
Numara
№4639770

Açıklama

Vəzifə öhdəlikləri: Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq, zərurət yarandıqda isə müvafiq ünvana yönləndirmək; Qarşılama zamanı nəzakətli və peşəkar davranış sərgiləmək; Poçt xidməti vasitəsilə məktubların göndərilməsini təmin etmək, daxil olan və çıxan məktubları qeydiyyata almaq və sistemə daxil etmək; Qonaq və müştərilərin sorğularını cavablandırmaq; Qonaqları qəbul edəcək şəxsləri əvvəlcədən məlumatlandırmaq, onları müvafiq işçi heyətinin otağına və ya iclas otağına müşayiət etmək; Ofis daxili yazışmaları və sənəd işlərini yerinə yetirmək; Salonda olan avtomobillər, göstərilən xidmətlər və mövcud kampaniyalar barədə müştərilərə ətraflı məlumat vermək; Struktur bölmələr üzrə aylıq ofis ləvazimatlarının siyahısını toplamaq, tərtib etmək və sifariş vermək; Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra etmək. Namizədə tələblər: Azərbaycan və  rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir (ingilis dili arzuolunandır); Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan xanımlar; Səliqəli görünüş və xoş ünsiyyət bacarığı; Komandada işləmək bacarığı; Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint,Outlook) biliklərinin olması önəmlidir. İş şərtləri: Həftədə 6 iş günü İş yeri: Babər pr. Əmək haqqı: 800-1000 Azn AR ƏM əsasən rəsmiləşdirmə Karyera inkişafı imkanı Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Resepşn” yazaraq göndərmələri xahiş olunur. Maaş: 800 AZN Son müraciət tarixi: 15.11.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Efendiler Group jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM