CV nümunələri — peşələr üzrə
Azərbaycanda ən çox axtarılan peşələr üçün hazır CV nümunələri. Birini seçin, öz məlumatlarınızla dəyişin və PDF kimi yükləyin.
Tez-tez verilən suallar
CV hazırlamaq pulsuzdur?
Bəli. Bütün şablonlar, PDF çapı, e-poçtla göndərmə və paylaşma linki tamamilə pulsuzdur.
CV-ni PDF kimi necə yükləyim?
«Çap et / PDF» düyməsini basın və çap pəncərəsində «PDF kimi saxla» seçin. Fayl avtomatik «AdSoyad_CV» adı ilə saxlanır.
CV-yə şəkil qoymaq lazımdır?
Azərbaycanda işəgötürənlərin çoxu rəsmi şəkil gözləyir. Bank, İT və beynəlxalq şirkətlərə isə şəkilsiz ATS Minimal şablonu tövsiyə olunur.
CV hansı dildə olmalıdır?
Özəl şirkətlər əsasən azərbaycanca, beynəlxalq şirkətlər ingiliscə CV istəyir. Burada CV-nin dilini saytın dilindən ayrı seçə bilərsiniz — eyni məlumat 4 dildə çap olunur.
Təcrübəm yoxdur, CV necə yazım?
Təhsil, təcrübə proqramları, kurslar, dillər və bacarıqlarınızı önə çıxarın; «Haqqımda» bölməsində nə öyrənmək istədiyinizi yazın. «İş təcrübəsi» bölməsini boş saxlaya bilərsiniz.
Məlumatlarım təhlükəsizdir?
CV yalnız sizin hesabınızda saxlanır. Paylaşma linki yalnız siz yaradanda işləyir və istənilən vaxt bağlana və ya yenilənə bilər.