
1C operator
1C operator
600 ₼
Yoxlanılıb2 həftə əvvəl
Təsvir
Tələblər:
Xanım namizədlər
Rus dili biliyi mütləqdir
1C 8.3 proqramı ilə işləmək bacarığı;
1C-də ilkin sənədlərin, ödənişlərin və qarşılıqlı hesablaşmaların işlənməsi barədə anlayış;
Excel proqramında işləmək bacarığı;
Rəqəmlərlə işləməyə diqqətli və məsuliyyətli yanaşma;
Məlumatları müqayisə etmək, fərqləri müəyyənləşdirmək və səbəbini araşdırmaq bacarığı;
Analitik düşüncə və detallara diqqət;
İşlərin vaxtında və dəqiq yerinə yetirilməsi;
Komanda ilə işləmək və digər şöbələrlə düzgün kommunikasiya qurmaq bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkətin gündəlik maliyyə əməliyyatlarının və əməliyyat məlumatlarının az qisminin 1C 8.3 sisteminə vaxtında və düzgün daxil edilməsi;
Tərəfdaşlardan, təchizatçılardan və digər mənbələrdən daxil olan məlumatların şirkətin 1C bazasında olan məlumatlarla üzləşdirilməsi;
Məlumatlar arasında fərq və ya uyğunsuzluq aşkar edildikdə, onun səbəbinin araşdırılması və mənbəyinin müəyyən edilməsi;
Aşkar edilmiş səhvlərin və uyğunsuzluqların aidiyyəti əməkdaşlarla birlikdə aradan qaldırılmasının təmin edilməsi;
Ödənişlərin, borcların, qarşılıqlı hesablaşmaların və digər əməliyyatların düzgünlüyünün yoxlanılması;
Sənədlərin və məlumatların sistemdə tam və düzgün əks olunmasına nəzarət;
Mühasibatlıq və satış/operator heyəti ilə məlumatların mütəmadi üzləşdirilməsi;
Zərurət yarandıqda hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
1C bazasında məlumatların dəqiqliyinin və aktuallığının qorunması.
Maaş: 600-900 AZN
Yaş: 23-38
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Elanın mənbəyi
Orijinal elanı aç© Twins Travel boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar














