Bakıxanov qəsəbəsində 2 otaqlı köhnə tikili mənzil satılır. Mənzil Bakıxanov qatar stansiyasına və Stimul Hospitala yaxın ərazidə yerləşən Leninqrad layihəli daş binada, 5 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. Ümumi sahəsi 60 m²-dir, qanuni 2 otaqlıdır, orta blokda yerləşir və yelçəkəndir.
Mənzilin döşəməsi parketdir, 2 balkonu var. Qaz, su və işıq daimidir. Binanın dam örtüyü yenilənərək tollanıb. Sənəd çıxarışdır (kupça), mənzildə hazırda 1 nəfər qeydiyyatdadır.
Ərazi infrastruktur baxımından əlverişlidir: yaxınlıqda 80 və 310 nömrəli məktəblər, həmçinin Möcüzə və Sərham marketlər mövcuddur.
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Kod: 0617