Yeni Günəşlidə Hazır əşyalı mənzil satılır.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşən eksperimental Kiyev layihəli 9 mərtəbəli binanın 9-cu mərtəbəsində qanuni 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzilin ümumi sahəsi 60 kv. m-dir. Təmirli və tam əşyalıdır. Qaz, su, işıq, istilik və internet mövcuddur.
Bina əlverişli ərazidə yerləşir. Yaxınlıqda uşaq bağçası, məktəb, marketlər və müxtəlif iaşə obyektləri fəaliyyət göstərir. Ərazidən Xalqlar Dostluğu metro stansiyasına və şəhərin digər istiqamətlərinə marşrut xətləri işləyir. Metroya binanın yaxınlığından nəqliyyatla təxminən 10 dəqiqəyə çatmaq mümkündür.
Mənzilin sənədləri qaydasındadır, çıxarışı (kupça) mövcuddur.
İpotekaya yararlıdır.
Qiymət: 132 000 AZN
Ofisin xidmət haqqı: 1%