Əla fürsət — Dərnəgül metrosuna yaxın hazır 4%-li mənzil!
Binəqədi rayonu, Cəfər Xəndan küçəsində, Dərnəgül metro stansiyasının yaxınlığında yerləşən West Town yaşayış kompleksində qanuni 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil yeni tikili 16 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 87 kv. m-dir. Tam təmirlidir və əşyaları qiymətə daxildir. Qaz, su və işıq daimidir, istilik sistemi kombidir.
Mənzil 4%-li “satmaq öhdəliyi ilə kirayə” mexanizmi çərçivəsindədir. Sənədi çıxarışdır (kupça). Ötürmə aktivdir.
İlkin ödəniş: 102 000 AZN
Aylıq ödəniş: 1 410 AZN
Qalıq müddət: 22 il 8 ay
Xidmət haqqı: 2 000 AZN
Müraciət üçün rəsmi gəlir və ya VÖEN tələb olunur.