Nizami rayonu, Qara Qarayev metro stansiyasının yaxınlığında, Leninqrad layihəli 5 mərtəbəli binada geniş və təmirli mənzil satışa təqdim olunur.
Mənzil binanın 5-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 120 kv. m-dir. İlkin olaraq 5 otaqlı olan mənzil funksional şəkildə 4 otağa uyğunlaşdırılıb. Zal genişləndirilib, otaqlar səliqəli və zövqlə təmir olunub.
Qaz, su, işıq və mərkəzi istilik daimidir. Döşəmədə keyfiyyətli parketdən istifadə olunub. Bina və məhəllə dövlət tərəfindən əsaslı şəkildə təmir edilib.
Ərazi yaşayış üçün olduqca əlverişlidir. Yaxınlıqda 145, 229 və 238 nömrəli tam orta məktəblər, iri supermarketlər və müxtəlif iaşə obyektləri yerləşir. Ərazidən metroya, şəhər mərkəzinə və müxtəlif qəsəbələrə marşrut xətləri fəaliyyət göstərir.
Mənzilin sənədləri tam qaydasındadır və çıxarışı (kupça) mövcuddur. Əşyaların böyük hissəsinin mənzildə qalması razılaşma əsasında mümkündür.
Qiymət: 259 000 AZN
Ofisin xidmət haqqı: 1%