Xətai rayonu, Polad Həşimov küçəsində, keçmiş Naximov adlanan ərazidə, Ali Hərbi Məktəbin yaxınlığında təmirli mənzil satılır.
Mənzil 5 mərtəbəli daş binanın 5-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 100 kv.m-dir. 4 otaqdan 3 otağa düzəldilib. Qaz, su, işıq və internet mövcuddur.
Mənzil yelçəkəndir və binanın hər iki tərəfinə — dəniz və Zeytunluq istiqamətinə mənzərəsi var.
Bina əlverişli ərazidə yerləşir. Yaxınlıqda uşaq bağçası, məktəb, market, aptek və digər iaşə obyektləri mövcuddur. Ərazidən Həzi Aslanov və Əhmədli metrostansiyalarına 51 və 60 nömrəli marşrutlarla rahat çatmaq mümkündür.
Mənzilin sənədi çıxarışdır (kupça). Satış zamanı bir çox mebel və əşya mənzildə qalacaq.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Qiymət: 142 000 AZN.
Ofis xidmət haqqı: 1%.