İnşaatçılar metrosuna yaxın, yeni təmirli 3 otaqlı mənzil satılır
Yasamal rayonu, Şərifzadə küçəsində, İnşaatçılar metrosunun yaxınlığında yerləşən 5 mərtəbəli binada qanuni 3 otaqlı mənzil satışa çıxarılıb.
Mənzil yeni və yüksək keyfiyyətlə təmir olunub, təmirdən sonra yaşayış olmayıb. Ev zövqlə dizayn edilib və çox səliqəli vəziyyətdədir.
Mənzilin üstünlükləri:
- Qanuni 3 otaq
- 2 balkon
- Yeni təmir
- Təmirdən sonra yaşayış olmayıb
- Dəhliz, mətbəx və hamam isti döşəmə ilə təchiz olunub
- Kombi istilik sistemi
- Yeni quraşdırılmış kombiyə 3 il rəsmi zəmanət
- 1 ədəd kondisioner
Mənzil İnşaatçılar metrosuna piyada təxminən 5 dəqiqə, avtobus dayanacağına isə cəmi 1 dəqiqəlik məsafədə yerləşir.
Ətrafda məktəb, uşaq bağçası, aptek, market, restoran və gündəlik yaşayış üçün lazım olan bütün vacib infrastruktur obyektləri mövcuddur.
Binanın şlaqbaumlu, geniş və yaşıllıqla əhatə olunmuş həyəti var.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı: 1%