Satılır — Xocəsən qəsəbəsində 3 otaqlı yeni tikili mənzil
İPOTEKAYA YARARLIDIR!
Xocəsən yaşayış kompleksində 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən, qanuni 3 otaqlı, 100 m² sahəsi olan mənzil satılır. Mənzil çıxarışlıdır.
4 otaqlı mənzillə barter mümkündür, bizim tərəfdən əlavə ödəniş olmaqla.
Mənzil prezidentimiz tərəfindən təqdim olunub.
Mənzilin planı: geniş zal, 2 yataq otağı, ayrıca mətbəx, sanitar qovşaq və ayrıca hamam.
Mənzil işıqlıdır, otaqları geniş və hündür tavanlıdır. Döşəmə laklanmış taxta, divarlar oboydur. Plastik pəncərələr və kombi sistemi mövcuddur.
Girişdə dəmir seyf qapı var, pultla açılır. Blok və pilləkən meydançası səliqəlidir. Binada sərnişin lifti mövcuddur və 24/7 kamera nəzarəti aparılır.
Qaz, işıq və su xətləri binaya çəkilib. Mərkəzi istilik sistemi üçün infrastruktur mövcuddur.
Mənzil Xocəsən metro stansiyasından təxminən 4 km məsafədə yerləşir. Binanın arxasında 155 və 156 nömrəli marşrutların dayanacağı var. Bu marşrutlarla Memar Əcəmi və 20 Yanvar metro stansiyalarına təxminən 15–20 dəqiqəyə çatmaq mümkündür.
Bina kompleksin mərkəzində yerləşir. Kompleksin daxilində məktəb, uşaq bağçası və Bolmart market mövcuddur.
Rahat ailə yaşayışı üçün əlverişli, funksional planlaşdırılmış mənzildir.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Orta təmirli
Yerləşmə: Binəqədi ray., Xocasən qəs.