Öz evimi satıram.
Mənzil rodnoy 3 otaqlıdır, Leninqrad layihəsidir. Qonaq otağı və mətbəxin balkonları otaqlara qatılaraq genişləndirilib. Yataq otaqlarının balkonları isə bağlanaraq saxlanılıb.
Mənzildə kombi sistemi var. Əlavə olaraq 1 tonluq dəmir su çəni və nasos quraşdırılıb. Mənzil orta və yelçəkəndir.
9-cu mikrorayonun ən gözəl yerlərindən birində, mərkəzi yolun — Mir Cəlal küçəsinin üzərində yerləşir. Xəritədə ünvan dəqiq göstərilib.
Yaxınlıqda Araz Supermarket, məktəb, bağça və digər zəruri infrastruktur mövcuddur. Binada dövlət tərəfindən abadlıq işləri aparılıb, lift yenidir. Binanın məhəlləsi və sakinləri sakitdir.
Memar Əcəmi, 20 Yanvar və Nəsimi metrolarına yaxın məsafədə yerləşir.
Sənədləri qaydasındadır. Müəyyən əşyalar mənzildə qalacaq.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli
Yerləşmə: Binəqədi ray., 9-cu mikrorayon, Memar Əcəmi m/st