Yeni Yasamalda tam əşyalı, panoramik şəhər mənzərəli premium 3 otaqlı mənzil satılır!
Əsəd Əhmədov küçəsində, Şərur İnşaat Yaşayış Kompleksində yerləşən mənzil 20 mərtəbəli binanın 19-cu mərtəbəsindədir. Qanuni 3 otaqlı, 2 sanitar qovşaqlıdır.
Çıxarışı var, ipotekaya yararlıdır və alqı-satqıya tam hazırdır. Çıxarış üzrə sahəsi 111 kv.m, faktiki istifadə sahəsi təxminən 125 kv.m-dir.
Mənzilin qarşısında panoramanı bağlayan hündür bina yoxdur. Əsas otaqların hər birindən geniş və açıq şəhər mənzərəsi açılır.
Mənzil yüksək keyfiyyətli materiallarla zövqlə təmir olunub. Təmirdən sonra çox az istifadə edilib və bütün mebel və məişət texnikası ilə birlikdə satılır. Əlavə xərc çəkmədən dərhal köçüb yaşamaq mümkündür.
Mənzildə İstikbal yumşaq mebel dəstləri, Blum mexanizmləri ilə hazırlanmış MDF mətbəx mebeli, Blum və GTV mexanizmləri ilə hazırlanmış yataq otağı mebeli, geniş sürüşən giriş dolabı, Bosch soyuducu, elektrik sobası və mikrodalğalı soba, Siemens qabyuyan maşın, 90 sm bişirmə paneli və güclü aspirator, 3 kondisioner, Gewiss elektrik avadanlıqları, Sony Surround Sound səs sistemi ilə Epson ev kinoteatrı və digər əşyalar mövcuddur.
Qonaq otağının divar və döşəməsində əlavə səs izolyasiyası, 6 mm temperli şüşədən vitraj pəncərələr, giriş hissəsində və hər iki sanitar qovşaqda isti döşəmə, böyük sanitar qovşaqda isti divar-qurutma sistemi, yuyula bilən yüksək keyfiyyətli boya və tamamilə yenilənmiş pəncərələr var.
Kompleksdə qorunan, şlaqbaumlu və səliqəli həyət, 3 mərtəbəli avtomobil dayanacağı, 2 sürətli lift, uşaq meydançası, uşaq bağçası və Bazarstore-a həyətdən birbaşa giriş mövcuddur.
Yaxınlıqda Bravo, Bolmart, McDonald’s, KFC, Vital Klinika, məktəblər, uşaq bağçaları və digər zəruri obyektlər yerləşir. Binanın qarşısında avtobus dayanacağı var. İnşaatçılar metrosuna piyada təxminən 10 dəqiqəlik məsafədədir.
Real müştərisi olan vasitəçilər əlaqə saxlaya bilər. Satıcı tərəfindən 1% komissiya.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Yasamal ray., Yeni Yasamal qəs., İnşaatçılar m/st