Prayk
4 otaqlı Həyət evi Satılır, Mingəçevir — Ev, villa, Mingəçevir
120 000 ₼

4 otaqlı Həyət evi Satılır, Mingəçevir

Rayon məlum deyil — aralıq bütün şəhər üzrədir, dəqiq müqayisə deyil
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 88 000 ₼ – 232 500 ₼
m² qiyməti 923 ₼ · Mingəçevir medianı 708 ₼ — 30 % baha · rayon məlum deyil — bütün şəhərlə müqayisə
SatılırAnaliz edilibİşlənmişDünən
Şəhər
Mingəçevir
Çıxarış (kupça) var
Bəli
Əməliyyat növü
Satış
Əmlakın növü
Həyət evi / Bağ / Villa
Otaq sayı
4
Sahə
130 m²
Torpaq sahəsi
5 sot
Mərtəbə sayı
1
Tarix
Baxışlar
15
Nömrə
№5573379

Təsvir

Mingəçevir şəhərinin Günəşli qəsəbəsində, Poçt küçəsində, əsas yola yaxın ərazidə yerləşən 6 otaqlı, geniş və möhkəm tikilmiş fərdi yaşayış evi satılır. Ev 6 sot torpaq sahəsində inşa olunub. Ümumilikdə 6 otaq, 2 mətbəx və 2 sanitar qovşaqdan ibarətdir. Geniş yaşayış sahəsinə malik olan ev böyük ailələr, eləcə də iki ailənin ayrı-ayrılıqda yaşaması üçün əlverişlidir. Hazırda ev iki müstəqil yaşayış hissəsinə bölünüb: - Birinci hissə: 2 otaq, mətbəx və sanitar qovşaq. - İkinci hissə: 4 otaq, mətbəx və sanitar qovşaq. Hər iki hissənin ayrıca giriş qapısı mövcuddur. Bu da evdən iki müstəqil yaşayış sahəsi kimi istifadə etməyə imkan verir. Ev keyfiyyətli və möhkəm tikinti materiallarından istifadə olunmaqla inşa edilib. Tikintidə monolit beton konstruksiyalardan və qoşa kubik hörgüsündən istifadə olunub. Evin möhkəmliyinə və uzunömürlülüyünə xüsusi diqqət yetirilib. Həyət hər tərəfdən hasarla əhatə olunub. Qaz, su, elektrik enerjisi, kanalizasiya və internet xətləri mövcuddur. Əmlakın əlavə üstünlüklərindən biri kommersiya məqsədli tikinti üçün də sahəsinin olmasıdır. Evin ön hissəsində təxminən 20 kv.m sahə mövcuddur. Ümumilikdə isə 150 kv.m-ə qədər obyekt tikintisi üçün yer və şərait var. Bu imkan əmlakdan həm yaşayış, həm də biznes məqsədilə istifadə etmək istəyənlər üçün maraqlı ola bilər. Ev geniş həyəti, funksional otaq bölgüsü, möhkəm tikilisi və əlverişli yerləşməsi ilə seçilir. Xüsusilə çoxuşaqlı və böyük ailələr üçün münasib seçimdir. Həm torpaq sahəsinin, həm də yaşayış evinin rəsmi çıxarışı (kupçası) mövcuddur. Alıcıya müvafiq mülkiyyət sənədləri təqdim olunacaq. Satışın səbəbi mövcud evin əvəzinə iki ayrı yaşayış evi almaq istəyidir. Barter variantı da mümkündür. Təxminən 40 000–45 000 AZN dəyərində evlə, üzərinə əlavə pul ödənilməsi şərtilə dəyişdirilmə təkliflərinə baxıla bilər. Evlə maraqlanan şəxslər əlaqə saxlayaraq ətraflı məlumat ala və əmlaka yerində baxış keçirə bilərlər. Evin genişliyi, tikinti keyfiyyəti və digər üstünlükləri baxış zamanı daha aydın görünəcək. Allah alana da, satana da xeyir versin!

Elanın mənbəyi

Orijinal elanı aç

© Səddam Abbas evv.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp