Prayk
4 otaqlı Həyət evi Satılır, Şirvan — Ev, villa, Şirvan
105 000 ₼

4 otaqlı Həyət evi Satılır, Şirvan

Rayon məlum deyil — aralıq bütün şəhər üzrədir, dəqiq müqayisə deyil
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 40 000 ₼ – 78 875 ₼
m² qiyməti 413 ₼ · Şirvan medianı 550 ₼ — 25 % ucuz · rayon məlum deyil — bütün şəhərlə müqayisə
Son 24 saatda 1 dəfə nömrə göstərilib
SatılırYoxlanılıbİşlənmişDünən
Şəhər
Şirvan
Çıxarış (kupça) var
Bəli
Əməliyyat növü
Satış
Əmlakın növü
Həyət evi / Bağ / Villa
Otaq sayı
4
Sahə
254 m²
Torpaq sahəsi
9 sot
Mərtəbə sayı
1
Əşyalı
Bəli
Tarix
Baxışlar
28
Nömrə
№5075565

Təsvir

Şirvan şəhərində, “Varlılar məhəlləsi” kimi tanınan prestijli ərazidə geniş və yüksək keyfiyyətlə tikilmiş həyət evi satılır. Torpaq sahəsi 9 sotdur və sənəddə də tam şəkildə qeyd olunub. Evin ümumi sahəsi 254 kv.m-dir. Tikili 7 daş kürsü üzərində, qoşa daşla inşa olunub, aşağı və yuxarı hissələr monolit kəmərlə möhkəmləndirilib. Ev 4 otaqdan ibarətdir: 2 geniş zal, 2 yataq otağı, mətbəx və sanitar qovşağı mövcuddur. Otaqlar funksional planlaşdırılıb və ön zala açılır. Mənzil müasir üslubda təmir olunub. Hamam və sanitar qovşağı birlikdədir və tam təmirlidir. Mətbəx də səliqəli şəkildə təmir olunub, mətbəx mebeli və məişət texnikası ilə təchiz edilib. Ev əşyaları və mətbəxdəki avadanlıqlarla birlikdə satılır. Mətbəxdə su filtri, qabyuyan maşın, paltaryuyan maşın, Sharp soyuducu və digər texnika mövcuddur. Evdə LG Android televizor, Wi-Fi, kombi sistemi, asma ventilyatorlu çilçıraq və ayrıca su qızdırıcısı quraşdırılıb. Evin iki tərəfdən ayrıca girişli zirzəmiləri var. Su qızdırıcısı zirzəmi hissəsində yerləşdirilib. Həyət geniş, səliqəli və tam abadlaşdırılıb. Müxtəlif növ meyvə ağacları və güllərlə zəngin bağ sahəsi ayrıca hasarlanıb. Həyətdə üzüm çardağı da mövcuddur. Əlavə olaraq: • 10 tonluq su çəni • Həyət mətbəxi • Manqal sahəsi • Həyətdə ayrıca ayaqyolu • Müxtəlif köməkçi tikililər • Geniş naves • Əl damı • Tamet döşənmiş həyət • 24 saat işlək 4 ədəd kamera sistemi • Həyət işıqlarını avtomatik yandırıb-söndürən rele • Bağdakı ağacları vaxtla avtomatik sulayan sistem mövcuddur. Naves üçün əvvəlcədən alınmış yeni dam örtükləri də evdə qalacaq. Həyət istirahət etmək, qonaq qarşılamaq və ailəvi yaşayış üçün olduqca rahat şəraitə malikdir. Real alıcıya evin və həyətin tam şəkilləri təqdim olunacaq. Yalnız ciddi və real alıcıların əlaqə saxlaması xahiş olunur. Vasitəçilərin və sadəcə maraq üçün zəng edən şəxslərin narahat etməməsi rica olunur. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
REKLAM
WhatsApp