Tikinti sahəsinə Alçipan Ustası Köməkçiləri axtarılır.
İş şərtləri:
• İş yeri: Dəniz vağzalının yanı;
• İş qrafiki: Tam iş günü (Həftədə 6 gün, 08:00-dan 19:00-dək. Bazar günü istirahət);
• Əmək haqqı: 1100 AZN (NET);
• İşçilər nahar, iş geyimi və könüllü tibbi sığorta ilə təmin olunur;
• Rəsmi əmək müqaviləsi bağlanılır;
• Əmək haqqı ayda 1 dəfə ödənilir, Avans verilmir;
İş barədə məlumat:
• Alçipan ustasına gündəlik işlərin yerinə yetirilməsində dəstək göstərmək;
• Alçipan lövhələrinin, metal profillərin və digər tikinti materiallarının daşınmasında iştirak etmək;
• Materialların quraşdırma işləri üçün hazırlanmasına kömək etmək;
• Alət və avadanlıqların hazırlanmasını, yığılmasını və səliqəli saxlanılmasını təmin etmək;
• İş sahəsinin təmizliyini və nizam-intizamını qorumaq;
• Tikinti materiallarının yüklənməsi, boşaldılması və daşınması işlərini yerinə yetirmək;
• Ustanın verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər:
• Alçipan işləri sahəsində minimum 6 ay iş təcrübəsi;
• Tikinti sahəsində işləmək həvəsi və öyrənmək istəyi;
• Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
• Fiziki cəhətdən sağlam olmaq.