Prayk
Anbar işçisi — Nəqliyyat, logistika, anbar
650 ₼

Anbar işçisi

Yoxlanılıb5 gün əvvəl
Tarix
Baxışlar
9
Nömrə
№3900087

Təsvir

İş yeri – Xırdalan şəhəri, anbar. İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Fiziki işləri yerinə yetirmək bacarığı; Komandada işləmək bacarığı; Diqqətli, məsuliyyətli və intizamlı olmaq; Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq; AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək; Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq; Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək; Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək; Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək; Sayım və inventarizasiya proseslərində iştirak etmək; Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək; Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük iş rejimi; İş yeri – Xırdalan şəhəri,anbar; Əməkhaqqı 650-750 Azn; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar işçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Maaş: 650 AZN Son müraciət tarixi: 05.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/gfc-mmc-anbar-iscisi-153035

Bənzər elanlar