Prayk
Anbar Mühasibi — Maliyyə
900 ₼

Anbar Mühasibi

YoxlanılıbBu gün
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
17
Nömrə
№5680374

Təsvir

İşəgötürən: “GFC” MMC – KFC, Pizza Hut və Simit Sarayı restoranları şəbəkəsi Namizədə aid tələblər: Ali və ya orta ixtisas təhsili; Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi; Anbar uçotu, mal-materialların hərəkəti və qaimələrlə iş üzrə bilik və praktiki bacarıqlar; iiko proqramı ilə işləmə bacarığı; MS Excel və MS Outlook proqramlarında işləmə bacarığı; Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyətlilik; Komanda ilə işləmək və operativ ünsiyyət qurmaq bacarığı. Əsas vəzifə öhdəlikləri: Anbardan filiallara göndərilən mallar üzrə qaimələrin faktiki qəbul məlumatları ilə müqayisə edilməsi və yaranan fərqlərin müəyyənləşdirilməsi; Filiallardan daxil olan mal qəbulu məlumatlarının yoxlanılması və sistemdəki məlumatlarla müqayisə edilməsi; Qaimə ilə faktiki qəbul arasında yaranan fərqlərin aidiyyəti şəxslərlə (anbar, sürücü və filial əməkdaşları) dəqiqləşdirilməsi, səbəblərinin araşdırılması və nəticəyə uyğun tədbirlərin görülməsi; Məhsulların anbara mədaxil və məxaric əməliyyatlarının izlənilməsi və uçotunun aparılması; Çatışmayan, zədələnmiş və geri qaytarılan mallar üzrə müvafiq sənədlərin yoxlanılması və sistem məlumatları ilə müqayisə edilməsi; Uyğunsuzluqların araşdırılması nəticəsinə əsasən iiko proqramında müvafiq düzəlişlərin aparılması və sənədləşdirilməsi; Anbar və filiallar arasında mal-material hərəkəti üzrə məlumatların düzgünlüyünün yoxlanılması; Mal-material hərəkəti üzrə sənədlərin düzgün rəsmiləşdirilməsinə və məlumatların sistemdə vaxtında əks etdirilməsinə nəzarət edilməsi; Açıq qaimələrin izlənilməsi, gecikmələrin müəyyənləşdirilməsi və vaxtında yekunlaşdırılmasının təmin edilməsi; Anbar qalıqlarına nəzarət edilməsi və dövri inventarizasiya prosesində iştirak edilməsi; Stok qalıqları və mal-material hərəkəti üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Təkrarlanan uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması ilə bağlı rəhbərliyə təkliflərin verilməsi; Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük iş rejimi; İş yeri: Xırdalan Əmək haqqı: 900 AZN Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar Mühasibi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Maaş: 900 AZN Son müraciət tarixi: 06.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/gfc-mmc-anbar-muhasibi-155742
REKLAM