
Bakı14
Anbar və stok meneceri
Anbar və stok meneceri
Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar14
Nömrə№5199099
Təsvir
Doğtaş Mebel komandamıza anbar əməliyyatlarını, stok nəzarətini və müştəri sifarişlərinin çatdırılma prosesini düzgün təşkil edəcək məsuliyyətli və təcrübəli əməkdaş axtarırıq.
· Rəsmi əmək müqaviləsi;
· Növbəli iş rejimi, həftədə 6 iş günü və 1 gün istirahət.
· Əməkhaqqı müsahibə zamanı bilik və təcrübəyə əsasən müəyyən ediləcək.
· Ünvan: Bakı şəhəri, Bakmil metro stansiyasının yaxınlığı.
Müraciət qaydası
CV-nizi [email protected] elektron poçt ünvanına göndərin.
E-poçtun mövzu hissəsində “ANBAR VƏ STOK MENECERİ” qeyd etməyiniz xahiş olunur.
Tələblər:
· Bəy namizədlər;
· Yaş həddi: 22–40;
· Ali və ya orta təhsil;
· Anbar və stok idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi;
· LOGO, 1C, Mikro və ya digər anbar/uçot proqramları ilə praktiki işləmək bacarığı mütləqdir;
· Kompüterdə sərbəst işləmək və ofis proqramlarını, xüsusilə Excel-i bilmək mütləqdir;
· Rus dilini bilmək üstünlükdür;
· Anbar uçotu və inventarizasiya qaydalarını bilmək;
· Təşkilatçılıq, komanda ilə işləmək və operativ qərarvermə bacarığı;
· Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
· BC kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
· Anbara daxil olan və anbardan çıxan məhsulların qəbulu, sayımı və sənədləşdirilməsi;
· Anbar qalığına və məhsul hərəkətlərinə daimi nəzarət;
· Məhsulların LOGO və digər müvafiq proqramlarda qeydiyyatının aparılması;
· Sistem qalıqlarının faktiki anbar qalıqları ilə uyğunluğunun təmin edilməsi;
· Müntəzəm inventarizasiyanın aparılması və aşkar edilmiş fərqlərin araşdırılaraq aradan qaldırılması;
· Müştəri sifarişlərinin vaxtında və düzgün çatdırılmasının təşkili, anbar və servis komandası arasında koordinasiyanın təmin edilməsi;
· Gündəlik və aylıq anbar və stok hesabatlarının hazırlanması.
Yaş: 22-40
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Elanın mənbəyi
Orijinal elanı aç© DOĞTAŞ MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM






