
3
Anbardar - 1C operator

Razılaşma yolu ilə
Anbardar - 1C operator
YoxlanılıbBu gün
Tarix
Baxışlar3
Nömrə№5610687
Təsvir
Çinarlı Park MTK şirkətinə Anbardar - 1C operator axtarılır
Vəzifə öhdəlikləri:
Anbara daxil olan və anbardan çıxan materialların qəbulunu və təhvil verilməsini həyata keçirmək;
Tikinti materiallarının düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
Anbar üzrə mal-material uçotunu aparmaq;
Daxilolma və çıxış sənədlərini hazırlamaq və qeydiyyatını aparmaq;
Anbarda mövcud materialların qalıqlarına nəzarət etmək;
Müntəzəm inventarizasiya prosesində iştirak etmək;
Materialların itkisinin və zədələnməsinin qarşısını almaq;
Rəhbərliyə anbarın vəziyyəti və material qalıqları barədə məlumat vermək.
Namizədə tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Tikinti materialları və anbar uçotu üzrə biliklərə malik olmaq;
1C ,MS Excel və MS Office proqramlarından istifadə bacarığı;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Sənədləşmə və hesabatlılıq bacarığı.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
Əmək münasibətləri rəsmi əmək müqaviləsi əsasında rəsmiləşdirilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 04.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/cinarli-park-mtk-anbardar-1c-operator-155566
REKLAM









