Prayk

Anbardar

900 ₼
Yoxlanılıb2 həftə əvvəl
Tarix
Baxışlar
19
Nömrə
№3734349

Təsvir

Vəzifə öhdəlikləri: Cəmiyyətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq; Struktur bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin icrasına nəzarət etmək və operativ təminatını həyata keçirmək; Anbarda mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında bölmələrə düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında qeydiyyatını təmin etmək; Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların təhvil-təslimini həyata keçirmək; Anbarda olan mal-materialların faktiki mövcudluğunu daimi nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə rəhbəri vaxtında məlumatlandırmaq; Materialların müəyyən olunmuş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək; Materialların gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq; Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq. İş şəraiti: İş yeri: Lökbatan qəs. İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Namizədə dair tələblər: Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində təcrübə arzuolunandır); Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb); MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı; Diqqətlilik, məsuliyyət və operativlik; Komanda ilə işləmək və riyazi təfəkkür. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Maaş: 900 AZN Son müraciət tarixi: 03.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Capital Construction MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM