
Anbardar
Anbardar
Razılaşma yolu ilə
YoxlanılıbDünən
ŞəhərBakı
Tarix
Nömrə№4024551
Təsvir
Vəzifə öhdəlikləri:
Anbara daxil olan xammal, material və hazır məhsulları sənədlər əsasında qəbul etmək, miqdarını və vəziyyətini yoxlamaq;
Məhsul və materialların düzgün yerləşdirilməsini və təhlükəsiz saxlanılmasını təmin etmək;
İstehsalata verilən materialların və istehsalatdan qəbul edilən hazır məhsulların uçotunu aparmaq;
Anbar üzrə giriş-çıxış əməliyyatlarını vaxtında qeydiyyata almaq və müvafiq sənədləri rəsmiləşdirmək;
Sifarişlər üzrə məhsulların hazırlanmasını və təhvil verilməsini təşkil etmək, yükləmə-boşaltma işlərinə nəzarət etmək;
Anbar qalıqlarını izləmək və material çatışmazlığı barədə vaxtında məlumat vermək;
İnventarizasiyada iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
Zədələnmiş və uyğunsuz materialların ayrıca saxlanılmasını təmin etmək, aşkar edilmiş fərqlər barədə rəhbərliyə məlumat vermək;
Anbarda səliqə-sahmana və təhlükəsizlik qaydalarına riayət etmək.
Namizədə tələblər:
Anbardar və ya oxşar vəzifədə iş təcrübəsi;
İstehsalat müəssisəsində anbar işi üzrə təcrübə üstünlükdür;
Malların qəbulu, saxlanılması, buraxılışı və inventarizasiyası üzrə praktiki biliklər;
Anbar sənədləri və mal-material uçotu ilə işləmək bacarığı;
Kompüter və Excel bilikləri; 1C və ya digər anbar uçotu proqramında iş təcrübəsi üstünlükdür;
Sayım və hesablamalarda dəqiqlik, təşkilatçılıq və komandada işləmək bacarığı;
Məsuliyyətlilik, dürüstlük və maddi dəyərlilərin qorunmasına diqqətli yanaşma.
İş şəraiti:
Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır;
Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197059/anbardar
Bənzər elanlar














