
Anbar fəhləsi (Sabirabad)

Razılaşma yolu ilə
Anbar fəhləsi (Sabirabad)
Yoxlanılıb2 gün əvvəl
ŞəhərSabirabad
Tarix
Nömrə№3866373
Təsvir
Əmtəə-maddi sərvətlərin anbara qəbul və buraxılması, lazım gəldikdə geri qaytarılması proseslərində iştirak etmək; malların anbar sahəsinə düzgün yerləşdirilməsini təmin etmək və bu zaman effektiv sahə istifadəsini nəzərə almaq.Mal-material, inventar, təkər, motor yağı, sürtkü yağları və zəhərli dərmanların boşaldılması və yüklənməsi proseslərini təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirmək.Anbar daxilində bütün yükləmə-boşaltma proseslərini yükqaldırıcı platforma və avtoyükləyici texnika vasitəsilə təhlükəsiz şəkildə icra etmək; malların stellajlara yığılması və götürülməsi zamanı göndəriş sənədlərinə uyğun işləmək.Sifarişçilərə malların təhvil verilməsi zamanı, malların sayılması və yüklənməsi prosesində aktiv iştirak etmək və yüklərin anbar maşınlarına yerləşdirilməsində təhlükəsizlik qaydalarına riayət etmək.Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək.Anbarın yanğından mühafizə və ümumi təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək.Anbarın və fərdi iş yerinin təmiz və səliqəli saxlanması, ehtiyac olduqda mərkəzi anbarın ümumi təmizliyində iştirak etmək.Nasazlıq və texniki uyğunsuzluqları aşkar etdikdə dərhal anbar rəhbərliyinə məlumat vermək.İş sahəsində müəssisənin prosedur və ətraf mühit tələblərinə uyğun şəkildə tullantıların təmizlənməsini və təhlükəsiz iş şəraitinin təmin olunmasını həyata keçirmək.
Tələblər:
Tələblər:Orta təhsil;Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;Daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməli;Avtoyükləyici ilə işləmək üçün xüsusi sertifikat və vəsiqə arzuolunandır.
Səriştə və bacarıqlar:Komandada işləmək bacarığı;Məsuliyyətli və etibarlı yanaşma;Düzgünlük və intizamlılıq;Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində zəruri biliklərə malik olmaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Orta səviyyəli
Şirkət: Prime Cotton
Yer: Sabirabad, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-anbar-fehlesi-sabirabad-40649/apply
Bənzər elanlar















