Prayk
Logistika Departament Direktoru — Nəqliyyat, logistika, anbar, Bakı
Razılaşma yolu ilə

Logistika Departament Direktoru

YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Baxışlar
4
Nömrə
№6292972

Təsvir

Şirkətin logistika strategiyasını hazırlamaq, daxili və beynəlxalq daşınmaların effektiv idarə edilməsini təmin etmək;Xammal, avadanlıq və hazır məhsulların daşınma proseslərini planlaşdırmaq, təşkil etmək və icrasına nəzarət etmək:Zavodlar, anbarlar və distribütorlar arasında məhsulların vaxtında və optimal xərclərlə çatdırılmasını təmin etmək;Logistika xərclərini təhlil etmək, daşınma tariflərini optimallaşdırmaq və xərclərin azaldılması istiqamətində tədbirlər həyata keçirmək;Beynəlxalq yükdaşımaları, idxal-ixrac əməliyatlarını, gömrük rəsmiləşdirilməsi və tranzit proseslərini koordinasiya etmək;Nəqliyyat şirkətləri, ekspeditorlar və digər logistika tərəfdaşları ilə əməkdaşlığı idarə etmək, tarif danışıqlarını və müqavilə şərtlərini koordinasiya etmək;Şirkətin öz nəqliyyat vasitələrinin və cəlb olunmuş daşıyıcıların səmərəli istifadəsini təmin etmək;Daşınma marşrutlarını, nəqliyyat vasitələrinin yüklənmə səviyyəsini və çatdırılma qrafiklərini optimallaşdırmaq;İstehsalat, satış, satınalma, planlama və anbar şöbələri ilə logistika proseslərinin koordinasiyasını təmin etmək;Distribütor sifarişlərinin vaxtında vaxtında və tam həcmdə çatdırılmasını təşkil etmək, çatdırılma keyfiyyətinə nəzarət etmək;Zavod və anbarlarda yükləmə-boşaltma proseslərinin effektivliyini artırmaq, nəqliyyat vasitlərinin gözləmə müddətlərini minimuma endirmək;Logistika departamentinin illik büdcəsini hazırlamaq, xərclərin büdcəyə uyğunluğunu izləmək və kənarlaşmaları təhlil etmək;Logistika üzrə KPI göstəricilərini müəyyən etmək və onların icrasına nəzarət etmək (daşınma xərci/ton, vaxtında çatdırılma, nəqliyyat vasitələrinin doluluğu, gözləmə müddəti və s.);SAP ERP və digər logistika idarəetmə sistemlərinin tətbiqində iştirak etmək, proseslərin rəqəmsallaşdırılmasını və avtomatlaşdırılmasını təmin etmək;Daşınmalar zamanı yaranan gecikmələri, zədələnmələri, əlavə xərcləri və digər əməliyyat risklərini təhlil etmək, qabaqlayıcı tədbirlər görmək;Nəqliyyat və logistika əməliyyatlarının müvafiq qanunvericilik, təhlükəsizlik və daxili prosedurlara uyğun həyata keçirilməsini təmin etmək;Logistika departamentinin strukturunu, iş bölgüsünü və əməkdaşların fəaliyyətini idarə etmək, komandanın peşəkar inkişafını təmin etmək;Logistika proseslərinin səmərəliliyini artırmaq məqsədilə yeni həllər hazırlamaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Tələblər: Təhsil: Ali;İş təcrübəsi: minimum 5 il;Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;Kompüter bilikləri: MS Ofis proqramları; Şəxsi keyfiyyətlər:Strateji və analitik düşünmə qabiliyyəti;Güclü liderlik və komanda idarəetmə bacarığı;Operativ və əsaslandırılmış qərarvermə qabiliyyəti;Danışıqlar aparmaq və tərəfdaşlarla effektiv əməkdaşlıq qurmaq bacarığı;Maliyyə göstəricilərini təhlil etmək və xərcləri optimallaşdırmaq bacarığı;Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma;Böhran və gözlənilməz vəziyyətləri idarəetmə bacarığı;Departamentlərarası effektiv kommunikasiya və koordinasiya qabiliyyəti;Təşəbbüskarlıq, sistemli yanaşma və proseslərin davamlı təkmilləşdirilməsinə meyillilik. İş şəraiti:İş qrafiki: 5 gün, saat 09:00-18:00;İstirahət: Şənbə və Bazar günləri;Əməkhaqqı: Razılaşma yolu ilə;İş yeri: Luxen Plaza. Vakansiya növü: Tam ştat Şirkət: Mətanət A Şirkətlər Qrupu Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-logistika-departament-direktoru-57820428/apply
REKLAM