Prayk
Sürücü – Təmizlik və təsərrüfat işləri üzrə əməkdaş — Nəqliyyat, logistika, anbar
Razılaşma yolu ilə

Sürücü – Təmizlik və təsərrüfat işləri üzrə əməkdaş

YoxlanılıbBu gün
Tarix
Baxışlar
3
Nömrə
№6276202

Təsvir

*SANİDEZ MMC* 10 ildən artıqdır ki, Azərbaycanda peşəkar təmizlik, dezinfeksiya, dezinseksiya, deratizasiya və sanitariya xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkətimiz klinikalar, xəstəxanalar, ofislər, biznes mərkəzləri, yaşayış kompleksləri, sənaye müəssisələri və digər obyektlərə kompleks təmizlik və sanitariya xidmətləri təqdim edir. Fəaliyyətimizin genişləndirilməsi ilə əlaqədar komandamıza təmizlik sahəsində təcrübəli, avtomobil idarə etməyi bacaran, məsuliyyətli və işgüzar əməkdaş axtarırıq. Vəzifə öhdəlikləri Təmizlik briqadalarının obyektlərə çatdırılması və işlərin koordinasiyasında iştirak etmək; Təmizlik avadanlıqlarının, kimyəvi vasitələrin və digər materialların daşınmasını təmin etmək; Obyektlərdə təmizlik işlərinin təşkilinə və icrasına kömək etmək; Peşəkar təmizlik avadanlıqları və vasitələri ilə işləmək; Gündəlik verilən təsərrüfat və texniki tapşırıqları yerinə yetirmək; Şirkətə məxsus avtomobilin təmizliyinə və texniki vəziyyətinə nəzarət etmək; İşlərin vaxtında və keyfiyyətlə tamamlanmasına dəstək vermək. Namizədə tələblər Təmizlik şirkətində minimum 5 il iş təcrübəsi (mütləqdir); B və C kateqoriyalı sürücülük vəsiqəsi (mütləqdir); Avtomobili sərbəst və təhlükəsiz idarə etmək bacarığı; Peşəkar təmizlik avadanlıqları, kimyəvi vasitələr və iş prinsipləri haqqında bilik; Təmizlik və təsərrüfat işlərində praktiki təcrübə; Fiziki işlərdə çalışmaq bacarığı; Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək; Məsuliyyətli, intizamlı, dürüst və punktual olmaq. Üstünlük veriləcək: Təmizlik briqadasının idarə olunması təcrübəsi; Fasad, şüşə və dərin təmizlik işlərində təcrübə; Təmizlik avadanlıqlarının texniki baxımını bacarmaq. İş şəraiti İş yeri: Bakı şəhəri və xidmət göstərilən obyektlər Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanı. Tələblərə uyğun namizədlər öz CV-lərini və ya iş təcrübələri haqqında məlumatlarını əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə - 050 788 88 16 Mövzu: Sürücü – Təmizlik və təsərrüfat işləri üzrə əməkdaş Qeyd: Təmizlik şirkətində minimum 5 il iş təcrübəsi və B, C kateqoriyalı sürücülük vəsiqəsi olmayan namizədlərin müraciətləri nəzərdən keçirilməyəcək. Son müraciət tarixi: 22.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Sanidez jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp