Prayk
Sürücü — Nəqliyyat, logistika, anbar
Razılaşma yolu ilə

Sürücü

YoxlanılıbBu gün
Tarix
Baxışlar
7
Nömrə
№5860040

Təsvir

“Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC Sürücü vəzifəsi üzrə işə qəbul olunmaq üçün müsabiqə elan edir: Tabeçiliyi: Nəqliyyat üzrə koordinator Tələblər: Sürücüluk vəsiqəsi (D kateqoriya) Avtobus sürücülük sahəsində minimum 3 il təcrübə; Müvafiq cədvəl üzrə işləmək bacarığı; Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı; Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı; 30-55 yaş arası namizədlər; Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı. Vəzifə öhdəlikləri: Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək; Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq; Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək. Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Son müraciət tarixi: 11.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Avropa Azərbaycan Məktəbi jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp