
3
Şəxsi sürücü

1 200 ₼
Şəxsi sürücü
YoxlanılıbBu gün
Tarix
Baxışlar3
Nömrə№5857487
Təsvir
Vəzifə öhdəlikləri:
İş yerinə vaxtında gəlmək, avtomobili təyin olunmuş yerdə saxlamaq və səlahiyyətli şəxsin göstərişi ilə gün ərzində avtomobili tələb olunan yerlərə sürmək.
Avtomobilin normal fəaliyyətinin təmin olunması üçün vaxtında yanacaq tökmək, yağına və digər mayelərin norma daxilində olmasına nəzarət etmək;
Yol hərəkəti qaydalarını bilmək, bütün yol nişanlarının tələblərinə riayət etmək, yol hərəkətini tənzimləyən normativ aktlardakı dəyişiklikləri izləmək və xəbərdar olmaq;
Avtomobilin sükanı arxasında olarkən sərnişinlərin təhlükəsizliyini təmin etmək;
Avtomobildə olan əmlakın qorunmasını təmin etmək;
Avtomobilin qorunmasını təmin etmək, dayanacaqlarda park edərkən siqnalizasiyanı işlək vəziyyətdə saxlamaq, hərəkət və park zamanı bütün qapıların bağlı olduğuna əmin olmaq;
Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək, onu saz vəziyyətdə saxlamaq, nasazlıqların öz gücünə və ya ixtisaslaşmış texniki xidmət stansiyaları vasitəsilə vaxtında aradan qaldırılmasına nail olmaq;
Avtomobili təmiz saxlamaq;
Uzaq səfərlərə qabaqcadan hazırlaşmaq, yolların xəritələri ilə tanış olmaq, ən qısa və təhlükəsiz yolu seçmək;
Avtomobilin idarə olunmasına, diqqətin yayınmasına, iş qabiliyyətinə təsir edən dərman, ərzaq və mayelər qəbul etməmək;
Hesabatlılıq üçün lazımi sənədləri vaxtında mühasibatlığa təqdim etmək;
Rəhbərliyin tapşırıq və əmrlərini yerinə yetirmək;
Ona həvalə edilmiş avtomobilə diqqət və ehtiyatla yanaşmaq
Tələblər:
Şəxsi/korporativ sürücü kimi minimum 5 il iş təcrübəsi;
Avtonəqliyyatın müvafiq növlərini idarə etmək hüququ verən rəsmi dövlət sənədinə malik olmalıdır.
Yol hərəkəti qaydalarını, avtomobilin, avadanlıq, mexanizm və aqreqatların texniki xarakteristikasını, onların təyinatını və onlara qulluğunu, nasazlığın aradan qaldırılması metod və üsullarını bilməlidir.
İşində ciddi , məsuliyyətli, diqqətli və kollektivdə işləmə bacarığı.
İş şəraiti:
İş rejimi: 6 günlük
İş yeri: Baki şəhəri
Nahar qarşılanır
Əmək haqqı: 1200 AZN NET
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1200 AZN
Son müraciət tarixi: 11.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-sexsi-surucu-155892
REKLAM












