Prayk

Anbardar

1 000 ₼
YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Baxışlar
3
Nömrə
№5858348

Təsvir

Əsas vəzifə və öhdəliklər: Anbara daxil olan və anbardan çıxan malların qəbul və təhvil prosesinin həyata keçirilməsi; Malların say, çeşid və keyfiyyət baxımından yoxlanılması; Malların anbarda düzgün yerləşdirilməsi və saxlanılmasının təmin edilməsi; Anbar qalıqlarının mütəmadi yoxlanılması və nəzarətdə saxlanılması; Mal-material ehtiyatlarının uçotunun aparılması; ERP proqramı üzərindən anbar əməliyyatlarının qeydiyyatının aparılması; Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının hazırlanması və rəsmiləşdirilməsi; Planlı və növbədənkənar inventarizasiyalarda iştirak və prosesin təşkili; Malların itki və zədələnmə hallarının qarşısının alınması; Anbar sahəsində səliqə-sahmanın və təhlükəsizlik qaydalarının təmin edilməsi; Anbar qalıqları və mal dövriyyəsi üzrə hesabatların hazırlanması; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi. Namizədə dair tələblər: Ali və ya orta ixtisas təhsili; Anbardar vəzifəsində minimum 3 il iş təcrübəsi; Anbar uçotu və mal-material ehtiyatlarının idarə edilməsi üzrə praktiki biliklər; ERP proqramları ilə işləmək bacarığı; MS Office proqramlarını, xüsusilə Excel-i bilmək; Anbar sənədləşməsi və inventarizasiya qaydaları haqqında məlumatlı olmaq; Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik; Operativ qərarvermə və problem həll etmə bacarığı; Komanda ilə işləmək bacarığı. İş şərtləri: Əmək haqqı: 1000–1300 AZN; İş təcrübəsi: 3+ il; İş istiqaməti: Anbar əməliyyatları və anbar uçotu; Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti; Nahar: Şirkət tərəfindən təmin olunur; Servis: Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur. İş qrafiki və ünvan: İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00; İş ünvanı: Binə qəsəbəsi. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Anbardar” E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/205108/anbardar
REKLAM