Prayk
Aparıcı hüquqşünas — Hüquq
2 500 ₼

Aparıcı hüquqşünas

YoxlanılıbDünən
Tarix
Baxışlar
4
Nömrə
№4832652

Təsvir

İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi İş rejimi: Tam iş günü Vəzifə öhdəlikləri: Hasilatın Pay Bölgüsü Sazişi rejimi altındakı vergi, gömrük və əmək məsələləri ilə bağlı dövlət orqanları qarşısında Filialın maraqlarının müdafiəsi; Hasilatın Pay Bölgüsü Sazişi və Birgə Əməliyyat Sazişi müddəalarının şərh edilməsi və onların icrası ilə bağlı hüquqi risklərin qiymətləndirilməsi; Müqavilələrin (alqı-satqı, xidmət, icarə və s.) hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması; Daxili normativ sənədlərin (əmr, qayda, təlimat, əsasnamə və s.) hazırlanması və hüquqi ekspertizası; Dövlət orqanları, məhkəmələr, bələdiyyələr və digər qurumlarla yazışmaların həyata keçirilməsi; Filialın mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanları qarşısında təmsil edilməsi; Filialın fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Departament direktorunun tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanması; Zərurət olduqda Filialın müxtəlif struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsinin təmin edilməsi; Əmək və icra intizamının pozuntusu halları ilə bağlı araşdırmalarının həyata keçirilməsi, faktiki halların və əlaqəli sənədlərin təhlili və nəticələr üzrə hüquqi rəyin hazırlanması; Filial rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin icra edilməsi. Namizədə dair tələblər: Ali hüquq təhsili; 5 il hüquq sahəsində iş təcrübəsi; Azərbaycan Respublikasının mülki, əmək, inzibati və mülki prosesual qanunvericiliyini bilik və praktiki təcrübə; Hasilatın Pay Bölgüsü Sazişi sahəsi üzrə bilik və praktiki təcürbə Hüquqi sənədlərin tərtibi üzrə yüksək səviyyəli yazılı və analitik bacarıqlar; Məsuliyyətli, dəqiq və operativ iş prinsipi; Yüksək qavrama və öyrənmə qabiliyyəti; MS Office proqramlarından istifadə etmə bacarığı; Komandada işləmək bacarığı; Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini orta səviyyədə bilmək. İşə dair şərtlər: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə; Əmək haqqı: 2500-3000 manat net; Könüllü tibbi sığorta; 5 günlük iş qrafiki: I-V günlər saat 08:30-dan 17:30-dək İstirahət günləri: şənbə və bazar günləri; nahar fasiləsi: saat 12:00-13:00 (Nahar Filial tərəfindən təmin edilir) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 2500 AZN Son müraciət tarixi: 19.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-aparici-huquqsunas-154138
REKLAM