
Bakı6
Aparıcı hüquqşünas
Aparıcı hüquqşünas
1 000 ₼
YoxlanılıbDünən
ŞəhərBakı
Tarix
Baxışlar6
Nömrə№5869439
Təsvir
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi Tələblər: • Hüquqşünaslıq üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür); • Müvafiq sahə üzrə minimum 3 il təcrübə; • Mülki, əmək, İnzibati və Korporativ qanunvericilik üzrə mükəmməl səviyyədə biliklər; • Müqavilələrin tərtib edilməsi, ekspertizası və hüquqi rəylərin verilməsi sahəsində güclü təcrübə; • Dövlət qurumları və məhkəmələrdə müəssisəni təmsil etmə təcrübəsi; Vəzifə Öhdəlikləri : • Müəssisənin fəaliyyətində ortaya çıxan hüquqi problemlərə dair hüquqi həllərin hazırlanması və hüquqi rəylərin tərtib edilərək rəhbərliyə təqdim edilməsi; • Zəruri olduqda dövlət və qeyri-dövlət qurumlarının, eləcə də fiziki şəxslərin sorğularının Müəssisənin korporativ, kommersiya və məxfilik siyasətinə uyğun qaydada və aidiyyəti üzrə cavablandırılması; • Hüquqi sənədlərin və aidiyyəti məktubların tərtib edilməsi, zəruri olduqda Müəssisənin dövlət və qeyri-dövlət qurumları ilə rəsmi yazışmalarının icra edilməsi; • Müəssisənin fəaliyyəti ilə əlaqədar məsələlər üzrə qanunvericiliyin və normativ aktların izlənilməsi, yenilik və dəyişikliklərin nəzərə alınması və rəhbərliyin nəzərinə çatdırılması; • Şöbənin işçilərinin nəzəri biliklərinin artırılması, onların qabaqcıl iş metodlarından istifadə etmələrinə dair bacarıqlara yiyələnməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi üçün təkliflər verilməsi; • Müəssisənin tərəf qismində iştirak etdiyi məhkəmə prosesləri ilə əlaqədar sənədlərin vaxtında və düzgün qaydada hazırlanması və Müəssisənin məhkəmədə nümayəndə qismində təmsil edilməsi; • Müəssisənin digər struktur bölmələrinə aidiyyəti üzrə hüquqi dəstək göstərilməsi; • Müqavilələrin hazırlanması, kontragentlərdən daxil olan müqavilələrin hüquqi ekspertizadan keçirilməsi, müqavilələrə dair hüquqi rəyin verilməsi, zəruri olduğu halda kontragentlərlə hüquqi danışıqların aparılması; • Müqavilələrin reyesterinin aparılması və mühafizəsinin təmin edilməsi; • Şöbənin icraatına daxil olan işlərin reyesterinin aparılması və mühafizəsinin təmin edilməsi; • Məhkəmə işlərinin reyesterinin aparılması, mühafizəsi və məhkəmə işlərinə dair müvafiq hesabatların hazırlanması; • Hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarına dəyişiklik edilməsi, törəmə müəssisələrin təsis edilməsi ilə əlaqədar işlərin icrasının təmin edilməsi; • Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsinə dair sənədlərin rəsmiləşdirilməsinə dəstək göstərilməsi; • Müəssisədaxili normayaratma fəaliyyətinə hüquqi dəstəyin göstərilməsi;📩Müraciət:Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Aparıcı hüquqşünas" qeyd etməyiniz xahiş olunur.
REKLAM













