Prayk

Aparıcı Mühasib

2 000 ₼
Yoxlanılıb1 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№2669585

Təsvir

Vəzifə Öhdəlikləri: Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisədə aparılan mühasibat uçotuna nəzarət; Vergi hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi; Dövlət Vergi Xidmətindən gələn məktubların cavablandırılması; Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi; Statistika Hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi; Müəssisənin fəaliyyətinə nəzarət edən dövlət orqanına broker hesabatlarının təqdim edilməsi; ƏƏSMN, DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə (e-gov.az) daxil edilməsi; Bütün növ əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi; Debitor və Kreditor hesablaşmaların izlənməsi; Xərclər üzərində nəzarətin təmin edilməsi; Maliyyə / Mühasibatlıq uçot proqramında (ERP) aparılmış əməliyyatların yoxlanılması, müxabirləşmələr üzrə rüblük audit; Audit tapıntılarının aradan qaldırılması üzrə müvafiq işlərin aparılması və tədbirlərin görülməsi; Ayın / İlin bağlanmasının koordinasiya edilməsi; İş prosesində məlumatların məxfiliyinin saxlanılması. Tələblər: Müvafiq sahədə ən azı 5 (beş) il iş təcrübəsi; Maliyyə, Mühasibat uçotu, Audit sahəsində ali təhsil; Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Mühasibat üçotu haqqında qanun üzrə dərin biliklər; IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər; ACCA sertifikatları F3 (Financial Accounting), F7 (Financial Reporting); Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı; ERP və digər İT platformalarda işləmə bacarığı; Səlis Azərbaycan və İngilis dilləri üzrə biliklər; Rus dili arzuolunandır. İdarəetmə, dəqiqlik, analitik təhlil qabiliyyətləri; İşi düzgün planlamaq bacarığı. CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində "Aparıcı Mühasib" qeyd etməklə göndərmələri xahiş olunur.

Bənzər elanlar

Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


Bakı24.09.2026