Prayk

Aparıcı mühasib

Razılaşma yolu ilə
Yoxlanılıb4 gün əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№2891803

Təsvir

İş barədə məlumat - ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi; - Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq; - Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi; - Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması; - Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması - Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ olaraq vaxtında həll edilməsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsi - İş qrafiki: Həftədə 5-gün Bazar ertəsi - cümə günü (Şənbə, bazar və bayram günləri istirahət) - İş saatı: 09:30-dan -17:30-dək . - Ünvan: Nərimanov rayonu, Montin plaza. Namizədə tələblər - Xanım namizəd tələb olunur. ( Satış və istehsal sahəsini bilən şəxslərə üstünlük veriləcəkdir) - Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə) - Minimum 3 il iş təcrübəsi - Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır; - Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli; - Məsuliyyət, düzgünlük, analitik düşünmə bacarığı, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq - Peşəkar mühasib sertifkatı. (arzu olunandır.) Qeyd: Vakansiya ilə maraqlanan şəxslər: CV-lərinizi şəkil əlavə etməklə göstərilən e-mail ünvana göndərə bilərsiniz.Məktubun mövzusunda "aparıcı mühasib" qeyd etməyiniz xahiş olunur. Şəhər: Bakı Yaş: 26 - 45 yaş Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər Əlaqədar şəxs: İradə xanım Əmək haqqı: 900 - 1200 AZN

Bənzər elanlar