
Bakı9
Aparıcı mühasib
Aparıcı mühasib
1 000 ₼
Yoxlanılıb1 ay əvvəl
Təsvir
İş şəraiti:
İş yeri: Bakı-Xırdalan yolu, Eurohome yanı.
İş rejimi: 5 günlük iş həftəsi;
Əmək haqqı: 1000–1200 AZN (əlavə bonus)
Vəzifə artışı və maaş artışı əməkdaşın performansına uyğun olaraq hər il qiymətləndirilir
Əmək haqqı namizədin təcrübə, bilik və bacarıqlarına uyğun müəyyən edilir.
Maraqlanan namizədlər öz CVlərini [email protected] qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər:
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
Mühasibatlıq və ya maliyyə sahəsində 3 il iş təcrübəsi (aparıcı mühasib və ya oxşar vəzifədə təcrübə üstünlükdür);
Mühasibat və vergi qanunvericiliyi üzrə yaxşı biliklər;
1C 8.3 ERP və MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
Azərbaycan dili – əla, rus dili – arzuolunandır;
Etibarlılıq (qısa müddətli işlə təmin olunmaq istəyənlər müraciət etməsin), məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə bacarığı
Vəzifə öhdəlikləri:
Şirkətin gündəlik mühasibat və vergi uçotunun düzgün və vaxtında aparılması;
Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi;
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, son haqq-hesab və digər ödənişlərin düzgün hesablanmasının təmin edilməsi;
Debitor və kreditor borclarına nəzarət edilməsi və hesablaşmaların düzgünlüyünün yoxlanılması;
Bank, kassa, əsas vəsait və mal-material əməliyyatlarının uçotunun aparılması;
Vergi, sosial sığorta,gömrük və digər məcburi ödənişlərin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət edilməsi;
Mühasibat sənədlərinin və elektron qaimə-fakturaların düzgün rəsmiləşdirilməsinin təmin edilməsi;
Aylıq, rüblük və illik hesabatların hazırlanması və müvafiq məlumatların düzgünlüyünün təmin edilməsi;
Mühasibat və vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və iş prosesində tətbiq edilməsi.
Maaş: 1000-1200 AZN
Yaş: 25-40
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Elanın mənbəyi
Orijinal elanı aç© Dostcare MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM










