
19
Aparıcı Mühasib

1 500 ₼
Aparıcı Mühasib
YoxlanılıbDünən
Tarix
Baxışlar19
Nömrə№4981872
Təsvir
Əsas Tələblər:
Təhsil: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə);
İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı) və ACCA F3 (Financial Accounting) sertifikatlarının olması mütləqdir (ACCA F7 arzuolunandır);
Proqram bilikləri: 1C proqramını əla səviyyədə bilmək, MS Excel proqramı ilə mükəmməl işləmək bacarığı;
Şəxsi keyfiyyətlər: Tapşırıqların icrasında yüksək dəqiqlik, məsuliyyətlilik, etibarlılıq və konfidensiallığın qorunması.
Vəzifə Öhdəlikləri:
İlkin mühasibat sənədlərinin, e-qaimələrin və elektron vergi hesab-fakturalarının düzgün tərtib edilməsi və 1C proqramına vaxtında daxil edilməsi;
Bank köçürmələrinin (yerli və xarici), kassa əməliyyatlarının icra olunması və gündəlik uçotunun aparılması;
Debitor və kreditorlarla qarşılıqlı hesablaşmalara nəzarət edilməsi, üzləşmə aktlarının tərtibi və bağlanması;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
Daxili maliyyə nəzarətinin gücləndirilməsi, maliyyə risklərinin müəyyən edilməsi və uyğunsuzluqların aradan qaldırılması;
Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə göstəriciləri barədə məlumatların təqdim edilməsi;
Vergi, DSMF, Statistika hesabatlarının hazırlanması;
Material və mal qalıqlarının, anbar hərəkətlərinin 1C proqramında dəqiq uçotunun aparılması və dövri inventarizasiyada iştirak;
Əlavə məlumat:
Əmək haqqı: 1500 - 1800 AZN;
İş vaxtı: 09:00 - 18:00;
İstirahət günləri: Şənbə və bazar;
Peşəkar komandada inkişaf və karyera imkanları
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aparıcı Mühasib) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur
Maaş: 1500 AZN
Son müraciət tarixi: 22.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/crystal-accfin-mmc-aparici-muhasib-154446
REKLAM












