Prayk
Audit şöbə müdiri — Maliyyə, Bakı
3 000 ₼

Audit şöbə müdiri

YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
8
Nömrə
№4708161

Təsvir

İş haqqında məlumat: •    Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək; •    Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq; •    İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək; •    Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi; •    Rəhbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək; •    Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq; •    Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq; •    Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək; Tələblər: •    Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə); •    Müvafiq sahə üzrə ən azı 5  il iş stajı; •    Yaş həddi: 35-50 •    Microsoft Office, 1C 8.3v proqramından sərbəst istifadə bacarığı; •    Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları; •    Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır). •    Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə biliklər; İş şəraiti: •    İş qrafiki: 1-6 günlər •    Əmək haqqı: 3000 •    İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D •    Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur. Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Audit şöbə müdiri” yazmaqla müraciət edilir. Maaş: 3000 ₼ Son müraciət: 16/11/2026
REKLAM