Prayk
Auditor-Checklist (Mağazalarda Vitrin və Qiymət Nəzarəti üzrə — Satış
Razılaşma yolu ilə

Auditor-Checklist (Mağazalarda Vitrin və Qiymət Nəzarəti üzrə

Yoxlanılıb3 gün əvvəl
Kateqoriya
Satış
Tarix
Baxışlar
30
Nömrə
№6043535

Təsvir

Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Auditor-Checklist (Mağazalarda Vitrin və Qiymət Nəzarəti üzrə tələb olunur. Vəzifənin əsas məqsədi: Mağazalarda məhsulların vitrin və rəflərdə düzgün yerləşdirilməsinə, qiymət etiketlərinin uyğunluğuna, məhsulların vizual təqdimatına və müəyyən edilmiş satış standartlarına riayət olunmasına nəzarət etmək. İş şəraiti: Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi Əmək haqqı: 800 - 1200 AZN (Müsahibə əsasında dəyişə bilər) İş qrafiki: Tam iş günü (5 gün) İş saatı: 09:00 – 18:00 Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi. Namizədə dair əsas tələblər: Ali və ya orta ixtisas təhsili və müvafiq istiqamətdə ən az 1-2 illik iş təcrübəsi; Audit üzrə əməliyyatları qeydə almaq və hesabatları hazırlamaq bacarığı; Microsoft Office proqramlarını (Excel, Word) yaxşı bilmək; Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq; Cins üzrə məhdudiyyət nəzərdə tutulmur. Əsas vəzifə öhdəlikləri: Mağazalarda vitrin və rəflərin düzülüşünü yoxlamaq. Məhsulların müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsinə nəzarət etmək. Qiymət etiketlərinin mövcudluğunu və düzgünlüyünü yoxlamaq. Rəf qiymətləri ilə kassa qiymətlərini müqayisə etmək. Kampaniyalı məhsulların düzgün təqdimatını yoxlamaq. Məhsul çeşidini və boş rəfləri yoxlamaq. Yoxlamaları checklist əsasında aparmaq. Aşkarlanmış nöqsanları fotoşəkillərlə qeydə almaq. Audit nəticələrini hesabat şəklində rəhbərliyə təqdim etmək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 16.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Army Group jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp