Prayk

Avtobus Sürücüsü

Razılaşma yolu ilə
YoxlanılıbDünən
Tarix
Baxışlar
10
Nömrə
№4276097

Təsvir

Komandamıza qoşulmaq üçün Avtobus Sürücüsü axtarırıq! Namizəd müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun olaraq avtobusu idarə etməli və sərnişinlərin təhlükəsiz daşınmasını təmin etməlidir. Sizi hansı öhdəliklər gözləyir? Avtobusu müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun təhlükəsiz idarə etməli; Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməli; Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etməli; Avtobusun texniki vəziyyətinə nəzarət etmək və aşkar olunan nasazlıqlar barədə vaxtında məlumat verməli; Xidmət zamanı yaranan fövqəladə və digər hallarda müəyyən edilmiş qaydalara uyğun hərəkət etməli; Təsdiq olunmuş vəzifə təlimatına uyğun olaraq gündəlik əmək funksiyasını həyata keçirməli; Gərgin və operativ xidmət şəraitində işləmək bacarığı olmalı, təhlükəsizlik prosedurlarına və intizam qaydalarına ciddi riayət etməli, məsuliyyətli olmalı. Namizədlərdən tələblərimiz Yaş həddi: 65 yaşa qədər; D kateqoriyalı sürücülük vəsiqəsi olmalı; Həqiqi hərbi xidmət keçmiş olmalı; Avtobus idarə etmək üzrə iş təcrübəsi üstünlükdür; Sərnişinlərlə düzgün ünsiyyət qurmaq bacarığı olmalı. İş şəraiti Əmək haqqı: 1350 AZN (Gross); İş rejimi: növbəli; İş yeri: Bakı şəhəri; Müəssisədəki iş stajına uyğun olaraq əmək haqqına əlavələr; Geyim forması ilə təminat; Servis xidməti; Stabil və etibarlı iş mühiti. Sizə nə təklif edilir? Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti. Vakansiyaya müraciət etmək üçün hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5660 müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar! Son müraciət tarixi: 09.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Baku Bus jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar