
Bakı5
B2B Satış üzrə mütəxəssis
B2B Satış üzrə mütəxəssis
450 ₼
Yoxlanılıb3 həftə əvvəl
Təsvir
Rezneed satış komandasını genişləndirir
Rezneed Azərbaycanda yaradılmış onlayn rezervasiya və biznes idarəetmə proqramıdır. Gözəllik salonları, bərbərxanalar, estetik və stomatoloji klinikalar, SPA və studiyalar rezervasiya, müştəri bazası, WhatsApp xatırlatmaları, kassa, anbar və hesabatları bir proqramda aparır. Bu gün 790-dan çox filial Rezneed-dən istifadə edir, sistemdə 240 000-dən çox rezervasiya idarə olunub. Bütün bunları 10 nəfərlik peşəkar komanda qurur və idarə edir.
Biz biznes sahibləri ilə danışmağı sevən, öyrənməyə hazır satış mütəxəssisi axtarırıq. Təcrübəniz azdırsa narahat olmayın: işin bütün incəliklərini peşəkar satış mütəxəssisi sizə yüksək səviyyədə öyrədəcək.
Vəzifələr:
Salon, klinika və studiyalara mütəmadi olaraq yerində görüşə getmək, Rezneed-i canlı təqdim etmək
Biznes sahibləri ilə telefon və WhatsApp vasitəsilə əlaqə qurmaq
Saytdan və sosial şəbəkələrdən gələn müraciətləri cavablandırmaq
Rusdilli və xarici müştərilərlə əlaqə saxlamaq
45 günlük pulsuz sınaq müddətində müştəriləri izləmək və ödənişli plana keçidə kömək etmək
Müştəri bazasını və satış mərhələlərini CRM-də səliqəli aparmaq
Müştərilərdən gələn rəy və təklifləri məhsul komandasına çatdırmaq
Tələblər:
Ərazidə işləməyə hazır olmaq: şəhər üzrə müştərilərlə daimi görüşlərə gedə bilmək
Rus dilini yaxşı bilmək (xarici müştərilərlə əlaqə üçün vacibdir)
Azərbaycan dilində sərbəst və səliqəli ünsiyyət
İnsanlarla danışmaqdan çəkinməmək, “yox” cavabından ruhdan düşməmək
Kompüter və smartfondan rahat istifadə
Məsuliyyət, dəqiqlik və nəticəyə yönəlmək
Satış təcrübəsi üstünlükdür, amma şərt deyil
Təklif edirik:
Aylıq maaş 450–700 AZN
Performansa görə əmək haqqının sürətli artımı
Bütün yol və yemək xərcləri şirkət tərəfindən ödənilir
Peşəkar satış mütəxəssisi tərəfindən yüksək səviyyəli təlimlər
10 nəfərlik peşəkar və dəstəkləyən komanda
Sürətlə böyüyən yerli texnologiya şirkətində karyera qurmaq imkanı
Elanın mənbəyi
Orijinal elanı aç© Rezneed MMC busy.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM



