10-sot torpaqda 3-otaqlı bağ evi satılır. Sənəd çıxarış(ev və torpaq). Qoşa daşla tikilib, altı betondur. Çox gözəl, havası təmiz və rahat yerdədir.(Xaçmaz r, Sərkərli(Borispol) kəndi). Ev ödənişli yolun Quba çıxışından(Bakıdan 2saat) çox yaxın əlverişli yerdə olduğundan demək olar ki, Qubanın istirahət mərkəzlərinə 10-15dəq, Xaçmaza 5-10dəq, Nabrana isə 30-40dəqiqəlik məsafədədir. Evin iki tərəfdən, həm ödənişli həm də köhnə yoldan qapıya kimi asvalt yolu var. Su, qaz, işıq, internet daimidir. İl boyu yaşamaq və ya istirahət etmək üçün bütün şəraiti var.(kombi, kondisioner).Həyətdə söhbətgah(besedka), şirin su quyusu və müxtəlif meyvə ağacları mövcuddur.(fındıq, ərik, alça, ağ tut, xar tut, gilas, vişnə, şaftalı, gavalı , göyəm, zoğal, armud, alma, qarağat). Özünə səliqəli həyət və bağ evi axtaran üçün ideal seçimdir. Sualı olan zəng vura bilər. Allah xeyir versin.
Quba-Xaçmaz rayonu, Sərkərli
© Sahibi · tap.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.