Təsvir
Sığorta məhsulları üzrə mütəmadi və ad-hoc analitik hesabatların hazırlanması;
Sığorta məhsulları üzrə data analitikasının aparılmasında iştirak edilməsi;
Biznes tərəflərlə (məhsul, aktuar və satış komandaları) əməkdaşlıq edərək analitik tələblərin müəyyənləşdirilməsi;
Mövcud hesabat və dashboard-ların keyfiyyətinə nəzarət edilməsi, təkrarlanan və lazımsız hesabatların aşkarlanması və konsolidasiyası;
Yeni dashboard-ların data modelinin qurulması mərhələsindən başlayaraq hazırlanması;
Satış lidlərinin keyfiyyət və konversiya göstəriciləri üzrə təhlil edilməsi, zəif performans göstərən kanalların və seqmentlərin müəyyənləşdirilməsi;
Kiçik analitiklərin işlərinin nəzərdən keçirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsi;
Kompleks SQL sorğularının yazılması və performansının optimallaşdırılması;
Power BI dashboard-larının hazırlanması, yenilənməsi və texniki dəstəyinin təmin edilməsi.
Tələblər
İş təcrübəsi: Müvafiq sahə üzrə 3–5 il iş təcrübəsi;
Təhsil: Riyaziyyat, statistika, iqtisadiyyat, aktuar elmləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
Dil bilikləri: İngilis dili- yaxşı; Rus dili- yaxşı;
Üstünlüklər: Sığorta sektorunda iş təcrübəsinin olması;
Kompüter və texniki biliklər:
MS Excel – əla səviyyədə;
Power BI – əla səviyyədə;
MS SQL (T-SQL) – əla səviyyədə;
Python – əla səviyyədə.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Biz nə təklif edirik: Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketləri, kritik xəstəliklərə qarşı Korporativ Həyat Sığortası, fərdi inkişaf planı üzrə təlim imkanları, ödənişsiz dayanacaq, “Dəyərlisən” platforması vasitəsilə xüsusi güzəşt və endirimlər, idman və sağlamlıq xidmətlərindən istifadə imkanları\. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 04.12.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/pasha-life-bas-data-analitik-155481
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti