Prayk
Baş Data Analitik / Data analitika üzrə ekspert — İT, telekommunikasiya, Bakı
Razılaşma yolu ilə

Baş Data Analitik / Data analitika üzrə ekspert

YoxlanılıbDünən
Şəhər
Bakı
Tarix
Baxışlar
7
Nömrə
№5205588

Təsvir

Biznes məlumatlarının təhlili, hesabatlılığın avtomatlaşdırılması və analitik həllərin hazırlanması üzrə təcrübəli namizədləri komandamıza dəvət edirik. Bu vəzifədə siz müştəri və biznes göstəricilərinin təhlili, interaktiv dəşbordların hazırlanması və biznes bölmələri üçün analitik həllərin təqdim edilməsində aktiv rol alacaqsınız. Vəzifə öhdəlikləri: Biznes (Mikro/KOB/Korporativ) müştərilərin tranzaksiya tarixçəsi, POS dövriyyəsi, əməkhaqqı layihələri və kredit davranışlarına əsasən seqmentasiya modellərinin (RFM, LTV və s.) qurulması və idarə edilməsi.Müxtəlif müştəri qrupları üçün uyğun bank məhsullarının müəyyənləşdirilməsi və "Next Best Action/Offer" (Növbəti Ən Yaxşı Təklif) modellərinin hazırlanması.Passivləşməyə meylli olan biznes müştərilərinin öncədən müəyyən edilməsi üçün proqnozlaşdırıcı (predictive) analizlərin aparılması və qarşısının alınması strategiyalarına data dəstəyinin verilməsi.Məlumat anbarından (DWH) mürəkkəb datanın çıxarılması, təmizlənməsi və biznes bölmələri üçün avtomatlaşdırılmış, interaktiv dəşbordların hazırlanması.Məhsul sahibləri (Product Owners) və satış komandaları ilə sıx işləyərək biznes tələblərini texniki tapşırıqlara çevirmək və data əsaslı qərarların verilməsini təmin etmək. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: Unibank Kommersiya Bankı Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-bas-data-analitik-data-analitika-uzre-ekspert-50969672/apply
REKLAM