
Bakı2
Baş hüquqşünas
Baş hüquqşünas
1 000 ₼
Yoxlanılıb1 ay əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar2
Nömrə№2622400
Təsvir
Legalize Hüquq Şirkəti “Baş hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.Vəzifə öhdəlikləriHüquqi yeniliklərin izlənilməsi, təhlili və araşdırılması;Azərbaycan Respublikasının mülki, mülki-prosessual, müqavilə, əmək və inzibati hüquq sahələri üzrə qanunvericiliyin bilinməsi;Müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin hazırlanması;Fiziki və hüquqi şəxslərdən, eləcə də dövlət orqanları və digər təşkilatlardan daxil olan müraciət və sorğuların qanunvericiliyə uyğun şəkildə cavablandırılması;Müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericiliyə uyğun digər zəruri sənədlərin tərtib edilməsi;Vəzifədən irəli gələn digər hüquqi tapşırıqların icrası.TələblərHüquq üzrə ali təhsil;Minimum 3–5 il iş təcrübəsi;Kişi namizədlər üçün hərbi xidmət keçmiş olması;Neft-qaz, xüsusilə müqavilələr üzrə və tikinti hüququ sahəsində təcrübə üstünlükdür;Azərbaycan dili – ana dili səviyyəsində;İngilis dili mütləqdir, xüsusilə şifahi ünsiyyət və hüquqi yazı bacarığı;Rus dili biliyi üstünlükdür;Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;Effektiv ünsiyyət bacarığı;Komandada işləmək bacarığı;Prioritetləri düzgün müəyyənləşdirmək və vaxtı səmərəli idarə etmək;“Deadline”lara ciddi riayət etmək;Gərgin iş şəraitinə və stressə davamlılıq;Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və öyrənməyə açıqlıq.İş vaxtı: 5 günlük iş həftəsiİstirahət günləri: şənbə və bazarƏmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində müəyyən ediləcək.Müraciət qaydasıNamizədlər CV-lərini mövzu hissəsində “Baş hüquqşünas” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
REKLAM













