
Bakı2
Baş koordinator (Xəstə xidmətləri)
Baş koordinator (Xəstə xidmətləri)
1 500 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Baxışlar2
Nömrə№6000908
Təsvir
Bakı Medical Plaza peşəkar komandasına qoşulmaq üçün xəstə xidmətlərinin təşkili və idarə edilməsi sahəsində təcrübəli, məsuliyyətli və təşəbbüskar namizədləri vakansiyaya müraciət etməyə dəvət edir.Əsas vəzifə öhdəlikləri:• Klinikanın xəstə xidmətləri üzrə strategiyasının hazırlanması və həyata keçirilməsinin təşkili;• Xəstə məmnuniyyətinin artırılması məqsədilə xidmət proseslərinin təkmilləşdirilməsi;• Xəstə xidmətləri əməkdaşlarının fəaliyyətinin təşkili və koordinasiyası;• Xidmət standartlarının tətbiqinə və icrasına nəzarət edilməsi;• Şöbənin gündəlik fəaliyyətinin səmərəli təşkili və iş bölgüsünün aparılması;• Xəstələrdən daxil olan müraciət, şikayət və təkliflərin vaxtında araşdırılması və həllinin təmin edilməsi;• Xəstə məmnuniyyətinin ölçülməsi, sorğuların təşkili və nəticələrin təhlili;• Xəstələrə və onların yaxınlarına təqdim olunan xidmət keyfiyyətinin yüksəldilməsi;• Xidmət proseslərinin optimallaşdırılması və yeni texnoloji həllərin tətbiqinin təşviqi;• Müvafiq şöbələr arasında koordinasiyanın təmin edilməsi;• Şöbənin fəaliyyətinə dair dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;• Marketinq və PR komandası ilə əməkdaşlıq edərək xəstə yönümlü tədbirlərin təşkili.Namizədə dair tələblər•Ali təhsil;•Müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi;•Xəstə xidmətləri, müştəri xidmətləri və ya xidmət sektorunda iş təcrübəsinə üstünlük verilir;•Rus və ingilis dili bilikləri vacibdir;•FONET proqramı üzrə biliklərə üstünlük verilir;•MS Office proqramlarında sərbəst işləmək bacarığı;•Proqram təminatları və iş proseslərinin idarə edilməsi üzrə biliklər;•Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı;•Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;•Məsuliyyətli, təşəbbüskar və səbirli olmaq.İş şəraiti:•İş yeri: Bakı Medical Plaza – Mərkəz filialı;•Struktur bölmə: İdarəetmə xidmətləri şöbəsi;•Əməkhaqqı: 1 500 AZN;•Əmək müqaviləsinin müddəti: 1 il;Müraciət qaydası:Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Baş koordinator (Xəstə xidmətləri)” qeyd etməklə [email protected] müraciət etmələri xahiş olunur.
REKLAM








