
Bakı8
Baş mexanik

3 000 ₼
Baş mexanik
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Baxışlar8
Nömrə№4708149
Təsvir
İş haqqında məlumat:
• Fasiləsiz istehsalat şəraitində mexaniki avadanlıqların təhlükəsiz və dayanıqlı istismarını təmin etmək
• Fasiləsiz rejimdə çalışan istehsalat xətləri və köməkçi mexaniki avadanlıqların texniki vəziyyətinə nəzarət etmək
• Mexaniki avadanlıqlar üzrə planlı texniki baxış, profilaktik xidmət və təmir işlərinin təşkili və icrasına rəhbərlik etmək
• Qəza və texniki nasazlıqlar zamanı operativ müdaxilə edərək istehsalatın minimum dayanma ilə davam etməsini təmin etmək
• Ehtiyat hissələrinin uçotu, ehtiyacın planlaşdırılması və səmərəli istifadəsinə nəzarət etmək
• Texniki təhlükəsizlik və SƏTƏM qaydalarına riayət olunmasını təmin etmək
• Avadanlıqların istismar müddətinin artırılması və texniki risklərin azaldılması üzrə təkliflər vermək
• Texniki sənədlərin, təmir qrafiklərinin və hesabatların hazırlanması
Tələblər:
• Ali təhsil (Mexanika mühəndisliyi və ya müvafiq sahə üzrə)
• Rus və ingilis dili biliklərinin olması üstünlükdür. (Avadanlıqların texniki sənədləri və sairə ilə əlaqədar olaraq)
• Fasiləsiz istehsalat mühitində mexaniki avadanlıqlar üzrə dərin biliklər
• AutoCAD proqramını üzrə biliklər – mütləqdir
• Ağır sənaye və ya fasiləsiz istehsalat müəssisələrində təcrübə üstünlükdür
• Müvafiq sahə üzrə 5–7 il iş təcrübəsi
İş şəraiti:Ünvan: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 6 günlük iş həftəsi, tam iş günü;Mobil nömrə ilə təminat.Nahar şirkət tərəfindən qarşılanır.Əmək haqqı: 3000 AZN (Razılaşma yolu ilə)Mövzu hissəsində “Baş Mexanik” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Maaş: 3000 ₼
Son müraciət: 16/11/2026
REKLAM












