Prayk

Baş Mühasib

2 500 ₼
Yoxlanılıb2 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№2139202

Təsvir

Baş mühasib — Tikinti sektoru Şəhər: Bakı İş qrafiki: 5 günlük iş həftəsi, 10:00–18:00 Əmək haqqı: 2500–3000 AZN Üstünlük veriləcək Tikinti şirkətində Baş Mühasib vəzifəsində iş təcrübəsi; Bir neçə tikinti obyektinin paralel mühasibat uçotunu aparmaq təcrübəsi; Böyük həcmli mal-material və maliyyə əməliyyatları ilə işləmə təcrübəsi; Vergi yoxlamaları və audit proseslərində iştirak təcrübəsi; Tikinti layihələrinin maliyyə planlaşdırılması və büdcələşdirilməsi üzrə təcrübə. İş şəraiti 5 günlük iş həftəsi; İş saatları: 10:00–18:00; Bakı şəhəri; Əmək haqqı: 2500–3000 AZN; Əmək haqqı namizədin peşəkar bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir; Stabil və peşəkar iş mühiti; Karyera və peşəkar inkişaf imkanı. Qeyd: Namizəddən yalnız mühasibat sənədlərinin işlənməsi deyil, şirkətin maliyyə və mühasibat proseslərini müstəqil şəkildə idarə edə bilməsi gözlənilir. Tələblər: Yaş: 25–35 Təhsil: Ali İş təcrübəsi: 5–10 il Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi; Tikinti sektorunda mühasib və ya Baş Mühasib kimi iş təcrübəsi mütləqdir; Tikinti obyektlərinin mühasibat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki bilik; 1C 8.3 proqramını yaxşı səviyyədə bilmək; MS Office, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək; Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və digər Excel funksiyalarını bilmək üstünlükdür; Vergi, mühasibat və əmək qanunvericiliyi üzrə yaxşı bilik; E-taxes və digər elektron dövlət sistemlərində işləmək bacarığı; E-qaimə və elektron sənədləşmə üzrə praktiki təcrübə; Bank, kassa, anbar, əməkhaqqı və vergi uçotu üzrə bilik; Debitor-kreditor hesablaşmalarının aparılması üzrə təcrübə; Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı; Yüksək məsuliyyətlilik, dəqiqlik və intizam; Operativlik və gərgin iş rejimində işləmək bacarığı; Rəhbərliklə və digər struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı; Komandaya rəhbərlik etmək və iş bölgüsü aparmaq bacarığı. Vəzifə öhdəlikləri: Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun təşkil və idarə edilməsi; İlkin mühasibat sənədlərinin düzgünlüyünə nəzarət; Mal-materialların mədaxil, məxaric, silinmə və yerdəyişmələrinin uçotu; Anbar və tikinti obyektləri üzrə mal-material hərəkətinə nəzarət; Tikinti obyektləri üzrə gəlir və xərclərin ayrıca uçotunun aparılması; Obyektlər üzrə faktiki xərclərin və maya dəyərinin hesablanması; Podratçı və subpodratçılarla qarşılıqlı hesablaşmaların aparılması; Görülmüş işlər üzrə aktların və digər ilkin sənədlərin yoxlanılması; Aylıq işçilik və əməkhaqqı hesabatlarının hazırlanması və yoxlanılması; Əməkhaqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanmasına nəzarət; 1C proqramına işlənmiş qaimə və digər sənədlərin düzgünlüyünə nəzarət; E-qaimələrin hazırlanması və yoxlanılması; Bank və kassa əməliyyatlarının uçotu və nəzarəti; Debitor və kreditor borclarının izlənilməsi və üzləşdirilməsi; Vergi, DSMF və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi; ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər vergi öhdəlikləri üzrə uçotun aparılması; Vergi və digər dövlət qurumları ilə yazışmaların və sənədləşmələrin aparılması; Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; Mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, debitor-kreditor borcları və digər maliyyə hesabatlarının hazırlanması; Obyektlər üzrə plan-fakt xərclərinin müqayisəsi və rəhbərliyə təqdim edilməsi; Rəhbərliyin tələb etdiyi analitik və maliyyə hesabatlarının hazırlanması; Mühasibatlıq üzrə iş proseslərinin təkmilləşdirilməsi və nəzarətdə saxlanılması. Maaş: 2500-3500 AZN Yaş: 27-35 Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq

Elanın mənbəyi

Orijinal elanı aç

© Aydınoğlu ACD MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


BakıDünən 11:24
Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


Bakı24.09.2026