Prayk

Baş Mühasib

1 500 ₼
Yoxlanılıb1 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
1
Nömrə
№2541095

Təsvir

Şirkət tərəfindən təklif olunur AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat; Peşəkar və mehriban kollektiv; Karyera və peşəkar inkişaf imkanları; Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində ali təhsil; İş təcrübəsi: Baş mühasib və ya aparıcı mühasib postunda minimum 5 il iş təcrübəsi; Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı) olması mütləqdir Proqram bilikləri: 1C (8.3 versiyası), MS Office (xüsusilə Excel mükəmməl səviyyədə); Portal təcrübəsi: E-gov.az, e-taxes.gov.az, İTS portalı, bank və digər elektron dövlət portalları ilə mükəmməl işləmə bacarığı; Vergi, Əmək və Mülki qanunvericilik üzrə dərin biliklər; Analitik düşüncə, diqqətlilik, məsuliyyət və komanda ilə işləmə bacarığı. Vəzifə Öhdəlikləri Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə və MHBS-ə (Milli/Beynəlxalq Mühasibat Uçotu Standartları) uyğun olaraq mühasibat uçotunun aparılması; Dövlət orqanlarına (Vergi, DSMF, Statistika, Məşğulluq) hesabatların (ƏDV, Mənfəət, Gəlir vergisi, Sadələşdirilmiş, rüblük və illik hesabatlar) vaxtında və düzgün hazırlanması və təqdim edilməsi; Elektron Qaimə-Fakturaların, hesablama fakturalarının tərtib edilməsi və sistemə işlənməsi; Bank və kassa əməliyyatlarının, əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələrinin hesablanması və ödənişlərin icra edilməsi; Gömrük bəyannamələri və idxal/ixrac əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi; Şirkətin debitor və kreditor borclarının izlənilməsi, üzləşmə aktlarının tərtib edilməsi; Daxili maliyyə hesabatlarının (Mənfəət və Zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) rəhbərliyə təqdim olunması; Vergi orqanlarından gələn məktubların, bildirişlərin və uyğunsuzluqların vaxtında cavablandırılması. Əmək haqqı: 1200-1500 AZN

Bənzər elanlar